BolgeXeber.Com » İdman » Dünya çempionumuz peşəkar rinqə nokautlu qələbə ilə başladı

Dünya çempionumuz peşəkar rinqə nokautlu qələbə ilə başladı

14-09-2019, 11:03
Oxunub: 4 604 Dünya çempionumuz peşəkar rinqə nokautlu qələbə ilə başladıAzərbaycanın həvəskarlar arasında üçqat dünya çempionu, Olimpiya mükafatçısı olan boksçu Məhəmmədrəsul Məcidov peşəkar rinqdə ilk döyüşünü keçirib

32 yaşlı boksçu Nyu-Yorkda amerikalı Ed Fauntinlə üz-üzə gəlib.

M.Məcidovun peşəkar rinqdəki debütü qələbə ilə başa çatıb. O, döyüşün dördüncü raundunda rəqibini texniki nokautla məğlub edib.

Qeyd edək ki, “Matchroom Boxing USA” şirkəti ilə uzunmüddətli müqavilə imzalayan M.Məcidov tanınmış promouter Edi Heynlə çalışır.