XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

UEFA Avropa klublarını cəzalandırdı, “Qarabağ”ınkını sonraya saxladı

UEFA Avropa klublarını cəzalandırdı, “Qarabağ”ınkını sonraya saxladıUEFA Nəzarət, Etika və İntizam Orqanı bir neçə kluba tətbiq olunan sanksiyaları açıqlayıb.

Oxu.Az xəbər verir ki, Portuqaliyanın “Vitoria” və Almaniyanın “Ayntraxt” klubları öz aralarında keçirdikləri UEFA Avropa Liqası matçına görə cəzalandırılıb.

Qimaranyş klubunun baş məşqçisi İvu Vieyraya oyuna gec başlamağa səbəb olduğu üçün xəbərdarlıq edilib. Klub isə stadiondakı atəşfəşanlığa və meydançaya yad əşyalar atılmasına görə 50 min avro cəzalandırılıb.

1:0 qalib gələn Frankfurt klubu isə tribunalarda intizamsızlıqlara, stadiona vurulan zərərə və meydançaya atılan əşyalara görə bir səfər matçı üçün azarkeşlərinə bilet satmaq qadağası ilə üzləşib.

“Ayntraxt”a stadiona dəymiş ziyanın aradan qaldırılması üçün 30 gün vaxt verilib. Bundan başqa, Almaniya klubuna oyuna gec başlamağa səbəb olduğu üçün xəbərdarlıq edilib.

Çempionlar Liqasının “Valensia” – “Ayaks” (0:3) matçına görə Hollandiya klubu cəzalandırılıb. “Ayaks” 50 min avro cərimələnib. Növbəti səfər matçı üçün klubun azarkeşlərinə bilet satmaq qadağası qoyulub.

Buna səbəb stadiona amsterdamlı azarkeşlərin zərər vurması və tribunalardakı intizamsızlıqdır. Cəza bir il ərzində sınaq müddəti kimi tətbiq olunacaq. “Ayaks” 30 gün ərzində İspaniyadakı stadiona dəymiş zərəri aradan qaldırmalıdır. Komanda özü isə düzgün olmayan davranışına görə 18 min avro əlavə cərimələnib.

Çempionlar Liqasının “Slavia” – “Borusia” (0:2) oyununa görə hər iki klub cəzalandırılıb. Praqa klubu tribunaların pilləkənləri azarkeşlərlə dolduğu üçün 26 min avro cərimələnib. Dortmund klubu isə azarkeşlərinin meydana yad əşya atmasına, yandırıcı maddələrdən istifadə etməsinə və stadiona vurduğu zərərə görə 29875 avro cərimə ödəməli və arenaya vurduğu zərəri bir ay ərzində aradan qaldırmalıdır.

Avroliqanın “Seltik” – “Kluj” (2:0) matçında azarkeşləri yandırıcı maddələrdən istifadə etdiyi üçün Şotlandiya klubu 12 min avro cərimələnib.

Çempionlar Liqasının “Liverpul” – “Zalsburq” (4:3) oyununda ingilis azarkeşlərin meydana girməsinə görə meydan sahibi 10 min avro cərimələnib. Meydançaya avstriyalı azarkeşlər yad əşyalar atdığı üçün isə “Zalsburq”a 3250 avro cərimə tətbiq olunub.

Çempionlar Liqasının “Mançester Siti” – “Dinamo” (2:0) oyununda ingilis azarkeşlər tərəfindən meydançaya kənar əşyalar atılmasına görə “şəhərlilər” 15750 avro cərimələnib. Stadiona vurulan zərərə və meydançaya əşyalar atılmasına görə isə Xorvatiya klubuna növbəti avrokubok səfər matçına bilet satmaq qadağası qoyulub və 20 min avro cərimə yazılıb. Bilet satmaq qadağası bir il ərzində şərti cəza kimi tətbiq olunacaq. Həmçinin Zaqreb klubu 30 gün ərzində “Etihad” stadionuna dəymiş zərəri aradan qaldırmalıdır.

Avropa çempionatının seçmə mərhələsinin Kosovo – Monteneqro (2:0) oyununda hər iki komandanın azarkeşləri meydançaya yad əşyalar atıb. Bundan başqa, qonaq azarkeşlər tribunalarda intizamsız hərəkətləri ilə yadda qalıb. Bu üzdən sözügedən qurum bu məsələyə noyabrın 21-dəki iclasında baxmağa qərar verib.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilmiş Avropa Liqasının “Qarabağ” – “Sevilya” (0:3) oyununa görə Ağdam klubunun da cəzalandırılması gündəmdə idi.

Çünki “Sevilya”nın meksikalı hücumçusu Çiçaritonun 62-ci dəqiqədə vurduğu qoldan sonra yerli azarkeşlər meydançanın rəqib futbolçular olan hissəsinə plastik butulkalar atıb. Lakin UEFA Nəzarət, Etika və İntizam Orqanı bu cəzanı açıqlamayıb. Bununla belə, İntizam Nizamnaməsinin 16-cı maddəsinin 2-ci bəndinə görə “Qarabağ”a 15750 avro cərimə tətbiq olunması gözlənilir.
Bölmə: İdman | 18 oktyabr 2019 12:36





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: