BolgeXeber.Com » İdman » Azərbaycan millisi Lixtenşteyni məğlub edib

Azərbaycan millisi Lixtenşteyni məğlub edib

15-11-2019, 09:40
Oxunub: 3 781 Azərbaycan millisi Lixtenşteyni məğlub edib21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Qaynarinfo-nun məlumatına görə, Milan Obradoviçin baş məşqçi olduğu komanda Lixtenşteyni qəbul edib. Sumqayıtdakı "Kapital Bank Arena”da keçirilən qarşılaşma Azərbaycan komandasının 1:0 hesablı qələbəsi ilə bitib. Görüşdəki yeganə qolu 65-ci dəqiqədə Barış Ekincier vurub.

Bu nəticədən sonra Azərbaycan millisi 6 oyundan sonra 6-cı xalını qazanıb, rəqibin isə 5 matçdan sonra 3 xalı var. U-21 noyabrın 19-da "Dalğa Arena"da yoldaşlıq matçında Ukrayna ilə üz-üzə gələcək.