27:0 hesablı qələbə qazanan komandanın baş məşqçisi qovuldu
18-11-2019, 12:51
Oxunub: 4 108
İtaliyanın yeniyetmə futbolçulardan ibarət "İnviktasauro" komandasının baş məşqçisi Massimiliano Riççini "Marina Kalço" üzərində 27:0 hesablı qələbə qazandıqları görüşdən sonra istefaya göndərilib.
Belə qərarın səbəbi rəqibə hörmətsizlik olub. Klub prezidenti Paolo Brogelli bildirib ki, belə böyük hesabla qalib gəldiklərini eşitdikdən sonra təsirləniblər: "Belə halın baş verməsindən dərin təəssüf hissi keçiririk. Bu, uşaq futbolunun dəyərlərinə tam ziddir. Rəqibə həmişə hörmətlə yanaşmaq lazımdır. Amma bu, bizim oyunda olmadı".
"Marina Kalço"dan dönə-dönə üzr istəyən Brogelli klub rəhbərliyi olaraq, yekdilliklə Riççinini istefaya göndərdiklərini açıqlayıb: "Məşqçilərimiz təkcə gənc futbolçuları məşq etdirməməli, həm də ilk növbədə, onları tərbiyə etməlidirlər. Bunu "Marina Kalço" ilə oyunda görmədik".
Öz növbəsində Riççini rəqibə hörmətsizlik etdiklərinə dair ittihamları rədd edib. O, yazdığı açıq məktubda rəqibə hörmətlə yanaşdıqlarını bildirib: "Hələ ilk 10 dəqiqə ərzində bir neçə qol vurmuşduq. Soyuq və yağışlı havada qalan 80 dəqiqəni oynamamağı rəqibdən xahiş etmək çox alçaldıcı addım olardı. Heç bir əsəbsiz, qayda pozuntusu və sarı vərəqələrsiz çıxış edirdik. Yaranmış vəziyyətdə rəqib həmkarıma kömək təklif etsəm də, o, oyunu davam etdirməyimizi istədi".
Baş məşqçinin fikrincə, idmandankənar hərəkət "Marino Kalço"ya qarşı kobud oyun, alçaldıcı sözlər demək, bir neçə qol vurmasına bilərəkdən şərait yaratmaq olardı. O, belə addımları özünə və futbolçularına yaraşdırmadığını söyləyib: "Bu əhvalatda əsl məğlubiyyət faktları bilmədən ikiüzlülük, saxtakarlıq, mənəviyyatsızlıq göstərməkdir. Belə qovulmağım öz tərəfimdən əvəzsiz qalmayacaq. Futbolçularımı bağrıma basıram. Tezliklə görüşənədək".("Report")
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 16-03-2024, 09:49 : Forum iştirakçılarının sayı rekord həddədir
Analitika / Xəbərlər
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 1-03-2024, 16:14 : Xərçəng xəstəsi olan Zeynəbin səhhəti pisləşdi
Şou-Biznes / Xəbərlər
- 1-03-2024, 16:44 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə Qaradağlı kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub
Bölgə / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 13-03-2024, 12:37 : Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
Analitika / Xəbərlər
- 1-03-2024, 19:46 : Qəzzada həlak olanların sayı açıqlandı
Dünya / Xəbərlər
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 5-03-2024, 14:57 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə şəhid anası Sitarə Əzizovanı 70 illik yubileyi münasibəti ilə ziyarət ediblər
Bölgə / Xəbərlər