XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

"Sumqayıt" "Qarabağ"ı məğlub etdi-VİDEO

"Sumqayıt" "Qarabağ"ı məğlub etdi-VİDEOFutbol üzrə Azərbaycan Premyer Liqasında XII tura start verilib

Həftənin açılış oyununda lider "Qarabağ" "Sumqayıt"ın qonağı olub. "Kapital Bank Arena"da baş tutan matçda hesabı 36-cı dəqiqədə ağdamlıların ispaniyalı legioneri Xayme Romero açıb. Görüşün ikinci hissəsi daha maraqlı alınıb. Meydan sahiblərinin iranlı legioneri Peyman Babayi 65-ci və 68-ci dəqiqələrdə 2 qol vurub.

Bundan 1 dəqiqə sonra isə meydan sahibləri cari çempionatda ilk dəfə azlıqda qalıblar. Rəqibi dirsəyi ilə vuran İsmayıl İbrahimli qırmızı vərəqə görüb.

Oyunda başqa qol olmayınca "Qarabağ" cari mövsümdə ilk dəfə uduzub və 27 xalla liderliyini davam etdirib. Xalını 17-ə çatdıran "Sumqayıt" isə 4-cü pillədə qalıb.

Qeyd edək ki, turun qalan oyunları həftəsonu keçiriləcək. Sabah "Səbail" "Sabah"ı qəbul edəcək. Bazar günü isə "Zirə" - "Keşlə" və "Neftçi" - "Qəbələ" matçları olacaq.

Azərbaycan Premyer Liqası, XII tur

22 noyabr

19:00. “Sumqayıt” – “Qarabağ” - 2:1

Qollar: Peyman Babayi, 65.68 Xayme Romero, 36

Qırmızı vərəqə: İsmayıl İbrahimli, 69

Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Müslüm Əliyev, Rövşən Rəcəbov

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Asif Əliyev

“Kapital Bank Arena”

I dövrə - 0:2.

Qeyd edək ki, noyabrın 23-də "Səbail" "Sabah"ı qəbul edəcək. Tura noyabrın 24-də keçiriləcək "Neftçi" - "Qəbələ" və "Zirə" - "Keşlə" matçları ilə yekun vurulacaq.

Bölmə: İdman | 23 noyabr 2019 11:08





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: