BolgeXeber.Com » İdman » Çempion büdrədi, "Barselona" və "Leypsiq" 1/8 finalda

Çempion büdrədi, "Barselona" və "Leypsiq" 1/8 finalda

28-11-2019, 09:25
Oxunub: 4 880 Çempion büdrədi, "Barselona" və "Leypsiq" 1/8 finaldaÇempionlar Liqasının qrup mərhələsində V tura yekun vurulub.

Qaynarinfo xəbər verir ki, ikinci oyun günündə E, F, G və H qruplarındakı komandalar qarşılaşıb.

Turnirin son qalibi "Liverpul" İngiltərədə "Napoli"ni qəbul edib. Mersisayd təmsilçisi qələbə sayəsində digər görüşün nəticəsindən asılı olmayaraq 1/8 finala yüksələcəkdi. Lakin "qırmızılar" bir xala razı olaraq, vəsiqənin taleyini son tura saxlayıblar. E qrupunun digər matçında "Zalsburq" Belçikada "Genk"ə 4:1 hesabı ilə qalib gələrək xallarını 7-yə yüksəldib və 1/8 finala çıxmaq şansını saxlayıb. "Genk"in isə qrupda qalacağı dəqiqləşib.

F qrupunda "Barselona" "Borussiya"nı (Dortmund) qəbul edib. 3:1 hesabı ilə qalib gələn kataloniyalılar 1/8 finala vəsiqəni təmin edib. Qrupun digər oyununda "İnter" Çexiyada "Slaviya"nı məğlub edib - 3:1. Bununla da "Slaviya" qrupdan çıxmaq şanslarını itirib. "İnter" və "Borussiya" son turda ikinci vəsiqənin taleyinə aydınlıq gətirəcək.

Rusiyanın "Zenit" klubu G qrupunda Fransa "Lion"unu qəbul edib. Oyun rusların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da "Lion"la xal hesabını bərabərləşdirən "Zenit" həm fransızların 1/8 finala vəsiqə qazanmasını əngəlləyib, həm də mərhələ şansını saxlayıb. Digər görüşdə isə "Leypsiq" evdə "Benika" ilə "sülh"ə razılaşıb - 2:2. Bununla da Almaniya klubu 1/8 finala çıxıb.

H qrupunda "Valensiya" İspaniyada "Çelsi" ilə qarşılaşıb. Oyun 2:2 hesabı ilə başa çatıb. Qrupun digər oyununda "Lill" Fransada "Ayaks"a uduzub - 0:2.Bu qrupda 1/8 finala hər iki vəsiqənin sahibi son turda müəyyənləşəcək.

Çempionlar Liqası
Qrup mərhələsi
V tur, 27 noyabr


E qrupu
Liverpul (İngiltərə) - Napoli (İtaliya) 1:1
Qollar: Deyan Lovren, 65 - Dries Mertens, 21.

Genk (Belçika) - Zalsburq (Avstriya) 1:4
Qollar: Mbvana Samata, 85 - Patson Daka, 43. Takumi Minamino, 45. Hee-Çan Hvanq, 69. Erlinq Haaland, 87.

1 Liverpul 5 3 1 1 11:8 10
2 Napoli 5 2 3 0 7:4 9
3 Zalsburq 5 2 1 2 16:11 7
4 Genk 5 0 1 4 5:16 1

F qrupu
Barselona (İspaniya) - Borussiya (Dortmund, Almaniya) 3:1
Qollar: Luis Suares, 29. Lionel Messi, 33. Antoine Qrizmann, 67 - Cadon Sanço, 77.

Slaviya (Çexiya) - İnter (İtaliya) 1:3
Qollar: Tomas Souçek, 37-pen - Lautaro Martinez, 19; 88. Romelu Lukaku, 81

1 Barselona 5 3 2 0 7:3 11
2 İnter 5 2 1 2 9:7 7
3 Borussiya 5 2 1 2 6:7 7
4 Slaviya 5 0 2 3 3:8 2

G qrupu
Zenit (Rusiya) - Lion (Fransa) 2:0
Qollar: Artem Dzyuba, 42. Maqomed Ozdoyev, 84.

Leypsiq (Almaniya) - Benfika (Portuqaliya) 2:2
Qol: Emil Forsberq, 89-pen; 90+6 - Pizzi, 20. Karlos Viniçius, 59.

1 Leypsiq 5 3 1 1 8:6 10
2 Zenit 5 2 1 2 7:6 7
3 Lion 5 2 1 2 7:6 7
4 Benfika 5 1 1 3 7:11 4

H qrupu
Valensiya (İspaniya) - Çelsi (İngiltərə) 2:2
Qollar: Karlos Soler, 40. Daniel Vass, 82 - Mateo Kovaçiç, 41. Kristian Pulişiç, 50.

Lill (Fransa) - Ayaks (Hollandiya) 0:2
Qollar: Hakim Ziyeç, 2. Quinsi Promes, 59.

1 Ayaks 5 3 1 1 12:5 10
2 Valensiya 5 2 2 1 8:7 8
3 Çelsi 5 2 2 1 9:8 8
4 Lill 5 0 1 4 3:12 1