BolgeXeber.Com » İdman » “Beşiktaş” əzmkar qələbə qazanıb

“Beşiktaş” əzmkar qələbə qazanıb

28-12-2019, 11:00
Oxunub: 3 978 “Beşiktaş” əzmkar qələbə qazanıbTürkiyə Super Liqasında XVII tur start götürüb.

Apasport.az saytının məlumatına görə, I dövrənin son turunun ilk oyun günündə bir matç baş tutub.

Günün yeganə qarşılaşması İstanbulda keçirilib. Mükafatlara iddialı “Beşiktaş” çempionatın ortababı “Gənclərbirliyi”ni sınağa çəkib.

Görüşdə hesabı Ankara təmsilçisi açıb. “Ağ-qaralar” yalnız fasilədən sonra öncə hesabda tarazlıq yaradıb, ardınca 3 qol vuraraq böyükhesablı əzmkar qələbə qazanıb.
Qeyd edək ki, turun digər oyunları dekabrın 28-29-da keçiriləcək.

Türkiyə Super Liqası
XVII tur
27 dekabr
“Beşiktaş” – “Gənclərbirliyi” – 4:1
Vida, 49, Nikoudou, 60, Özyakup, 74, Hatçinson, 90 - Ayite, 24

1. Sivasspor 16 10 4 2 34:16 34
2. Başakşəhər 16 8 6 2 27:16 33
3. Beşiktaş 17 9 3 5 27:22 30
4. Trabzonspor 16 8 5 3 29:17 29
5. Fənərbaxça 16 8 4 4 32:20 28
6. Alanyaspor 16 7 5 4 29:15 26
7. Qalatasaray 16 6 6 4 18:15 24
8. Y.Malatyaspor 16 6 5 5 31:21 23
9. Göztəpə 16 6 5 5 19:19 23
10. Qaziantep 16 6 5 5 25:27 23
11. Dənizlispor 16 6 3 7 17:21 21
11. Rizəspor 16 6 2 8 16:25 20
13. Gənclərbirliyi 17 4 6 7 28:32 18
14. Kasımpaşa 16 4 3 9 25:29 15
15. Konyaspor 16 3 6 7 14:22 15
16. Antalyaspor 16 3 5 8 15:28 14
17. Ankaragücü 16 2 5 9 13:32 11
18. Kayserispor 16 2 4 10 14:36 10