"Real Madrid" 11-ci dəfə İspaniya Super Kubokunun sahibi olub
13-01-2020, 09:26
Oxunub: 4 330
Futbol üzrə İspaniya Super Kubokunda final oyunu keçirilib
"Report"un məlumatına görə, həlledici qarşılaşmada "Real Madrid" və "Atletiko" komandaları üz-üzə gəlib.
Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki Kral Abdulla Sports Siti" stadionunda təşkil olunmuş matçın əsas və əlavə vaxtında qol vurulmayıb.
Matçın 115-ci dəqiqəsində Federiko Valverde birbaşa qırmızı vərəqə alaraq, "Real Madrid"i azlıqda qoyub.
Bununla belə, "kral klubu" penaltilər seriyasında daha dəqiq olaraq, qalib gəlib - 4:1. Beləliklə, "Real Madrid" tarixində 11-ci dəfə İspaniya Super Kubokuna yiyələnib.
Qeyd edək ki, "Real Madrid"ə Superkuboka qatılmaq üçün 7 milyon avro, "Atletiko"ya 4 milyon avro ödənilib. "Kral klubu" qələbə qarşılığında daha 3 milyon avroya sahib çıxıb. Dieqo Simeonenin baş məşqçi olduğu kollektiv isə finalçı kimi daha 2 milyon avroya yiyələnib.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər