BolgeXeber.Com » İdman » Emre Can yenidən İngiltərəyə qayıda bilər

Emre Can yenidən İngiltərəyə qayıda bilər

21-01-2020, 10:49
Oxunub: 4 017 Emre Can yenidən İngiltərəyə qayıda bilər“Yuventus”-un yarımmüdafiəçisi Emre Can ingilis klubuna keçə bilər.

“Sports.ru” xəbər verir ki, futbolçu ilə “Everton”-un baş məşqçisi Karlo Ançelotti maraqlanır.

Ehtimal edilən transfer 30 milyon funt strelinq təşkil edə bilər.

Xatırladaq ki, “Yuventus”-a keçməzdən öncə E.Can dörd mövsüm boyunca “Everton”-nun derbi rəqibi olan “Liverpul” klubunun heyətində çıxış edib.