"Qarabağ" Çempionlar Liqasında cavab oyununa çıxır

"Qarabağ" Çempionlar Liqasında cavab oyununa çıxır

"Qarabağ" Çempionlar Liqasında cavab oyununa çıxırBu gün Azərbaycan Premyer Liqasının qalibi olan "Qarabağ” Çempionlar Liqasında növbəti matçına çıxacaq.

Qaynarinfo xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Albaniya çempionu "Partizani”ni qəbul edəcək. "Dalğa Arena”da keçiriləcək görüş saat 21.00-da başlayacaq.

Tirandakı ilk qarşılaşmada qolsuz heş-heçə qeydə alındığı üçün istənilən qollu bərabərlik qonaqlara sərf edir. Bu üzdən "Qarabağ” müdafiədə maksimum diqqətli olmalıdı.

Qeyd edək ki, "Qarabağ” "Partizani” səddini keçəcəyi halda, II təsnifat mərhələsində "Dundalk” (İrlandiya) - "Riqa” (Latviya) cütünün qalibi ilə qarşılaşacaq. Əks halda, Avropa Liqasında eyni raundda Moldova "Şerif”i ilə üz-üzə gələcək.

Çempionlar Liqası
I təsnifat mərhələsi
Cavab oyunu

17 iyul
21.00 Qarabağ (Azərbaycan) - Partizani (Albaniya)
Hakimlər: Dumitru Muntyan, Vladislav Lifçu və Andrey Bodyan, Aleksandru Tyan (Moldova).
Hakim-inspektor: Uilyam Yanq (Şotlandiya).
UEFA nümayəndəsi: Maykl Foster (İngiltərə).
Bakı. "Dalğa Arena".
17-07-2019, 09:37
Geri qayıt