Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunları keçiriləcək

Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunları keçiriləcək

Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunları keçiriləcəkBu gün Çempionlar Liqasında II təsnifat mərhələsində cavab oyunlarına start veriləcək.

APA-nın məlumatına görə, iki gün ərzində 12 qarşılaşma baş tutacaq.

Bunlardan 10-u Çempionlar yolu, 2-si Liqa yolunda baş tutacaq. III təsnifat mərhələsinə vəsiqə qazanan 7 komanda bu gün bilinəcək. Digər 5 klub isə sabah bəlli olacaq.

Azərbaycan çempionu “Qarabağ” İrlandiyanın “Dandolk” klubunu qəbul edəcək. Bu cütün qalibi növbəti mərhələdə APOEL – “Sutyeska” duelinin güclüsü ilə qarşılaşacaq.

Qeyd edək ki, bu mərhələdə uduzanlar Avropa Liqasına yollanacaqlar.

Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunları
30 iyul
Liqa yolu
22:00. “Bazel” (İsveçrə) – PSV (Hollandiya)
İlk oyun – 2:3
22:30. “Olimpiakos” (Yunanıstan) – “Viktoriya” (Çexiya)
İlk oyun – 0:0
Çempionlar yolu
21:00. APOEL (Kipr) – “Sutyeska” (Monteneqro)
İlk oyun – 1:0
21:00. “Makkabi” (Təl-Əviv, İsrail) – ÇFR (Kluj, Rumıniya)
İlk oyun – 0:1
21:00. “Nomme Kalyu” (Estoniya) – “Seltik” (Şotlandiya)
İlk oyun – 0:5
22:00.”Dinamo” (Xorvatiya) – “Saburtalo” (Gürcüstan)
İlk oyun – 2:0
22:00. “Valletta” (Malta) – “Ferensvaroş” (Macarstan)
İlk oyun – 1:3

31 iyul
20:00. HİK (Finlandiya) – “Srvena Zvezda” (Serbiya)
İlk oyun – 0:2
21:00. “Rusenborq” (Norveç) – BATE (Belarus)
İlk oyun – 1:2
21:00. AIK (İsveç) – “Maribor” (Sloveniya)
İlk oyun – 1:2
21:00. “Qarabağ” (Azərbaycan) – “Dandolk” (İrlandiya)
İlk oyun – 1:1
21:45. “Kopenhagen” (Danimarka) – TNS (Uels)
İlk oyun – 2:0
30-07-2019, 11:59
Geri qayıt