Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatı davam edir.
Bolgexeber.com qol.az-a istinadən xəbər verir ki, bu gün Azərbaycanın iki cüdoçusu mübarizəyə qoşulub.
100 kq çəki dərəcəsində yarışan Elmar Qasımov və Zelim Kotsoyev tatamiyə çıxıb. Qasımov 1/32 finalda belaruslu Daniel Mukete ilə üz-üzə gəlib və qızıl xalla qələbə qazanıb. Onun növbəti rəqibi Rusiyanı təmsil edən erməni Arman Adamyan olub. Qasımov 78 saniyəyə ipponla qalib gələrək, 1/8 finala yüksəlib. O, 1/4 finala vəsiqə uğrunda görüşdə braziliyalı Rafael Buzakarini ilə qarşılaşacaq.
Kotsoyev isə braziliyalı Leonardo Qonsalveşlə qarşılaşıb və 74 saniyəyə ipponla qalib gəlib. Onun 1/16 finalda rəqibi yaponiyalı Aaron Volf olub. Kotsoyev ipponla uduzaraq, mübarizəni dayandırıb.
Qeyd edək ki, daha əvvəl 73 kq çəkidə Rüstəm Orucov gümüş, Hidayət Heydərov bürünc medal qazanıb.