Azərbaycanın yeniyetmə şahmatçısı dünya çempionu olub

Azərbaycanın yeniyetmə şahmatçısı dünya çempionu olub

Azərbaycanın yeniyetmə şahmatçısı dünya çempionu olubAzərbaycanın yeniyetmə şahmatçısı Aydın Süleymanlı dünya çempionu olub.

"Report" xəbər verir ki, Hindistanda 14, 16 və 18 yaşlı oğlanlar və qızlar arasında keçirilən dünya çempionatında 14 yaşlıların yarışına ilk turlardan liderlik edən A.Süleymanlı sonuncu turda Qazaxıstan təmsilçisi Sultan Amanzol ilə üz-üzə gəlib.

Rəqibini məğlub edən (1:0) Azərbaycan təmsilçisi yarışın qalibi olub.

Qeyd edək ki, şahmatçı 2017-ci ildə Rumıniyanın Mamaya şəhərində 12 yaşlı oğlanlar arasındakı Avropa çempionatında da qalib gəlib.
12-10-2019, 15:47
Geri qayıt