Renat Dadaşov İngiltərə klubunda iki qol vurdu

Renat Dadaşov İngiltərə klubunda iki qol vurdu

Renat Dadaşov İngiltərə klubunda iki qol vurduAzərbaycan millisinin üzvü Renat Dadaşov İngiltərənin “Vulverhempton” klubunda ikinci oyununa çıxıb.

Oxu.Az xəbər verir ki, Dadaşovun formasını geyindiyi “Vulverhempton”un 23 yaşadək komandası (U-23) Birminqem Senior Kuboku çərçivəsində səfərdə “Tivideyl” klubu ilə qarşılaşıb.

Görüş “Vulverhempton”un 6:0 hesablı qələbəsiylə başa çatıb. Oyuna start heyətdə çıxan Dadaşov iki qol vurub. O, 31 və 55-ci dəqiqələrdə fərqlənib.

Bununla da “Vulverhempton” 1/4 finala vəsiqə qazanıb. Bu mərhələdə onların rəqibi “Leminqton” komandası olacaq.

Qeyd edək ki, Renat Dadaşov beş gün əvvəl Premyer Liqa 2-də “Bləkbörn Rovers”lə görüşdə start heyətdə meydanda olmuşdu. Həmin matçda “canavarlar”ın U-23 komandası qonaq komandaya 0:1 hesabı ilə uduzmuşdu.

Hazırda çempionatda 11 xalla sondan ikinci – XI sırada olan “Vulverhempton”un gənc komandası yanvarın 20-də Premyer Liqa Kubokunda “Derbi Kaunti” ilə qarşılaşacaq. Qalib komanda bu turnirin qrup mərhələsində liderliyə yüksələcək.
15-01-2020, 16:47
Geri qayıt