BolgeXeber.Com » Dünya » "Twitter" və "Facebook" minlərlə profili bağlayıb

"Twitter" və "Facebook" minlərlə profili bağlayıb

1-02-2019, 14:47
Oxunub: 3 409 "Twitter" və "Facebook" minlərlə profili bağlayıb"Twitter", "Facebook" və "Instagram" sosial şəbəkələri İran, Rusiya, Venesuela, Banqladeş mərkəzli minlərlə profili bağlayıb.

Qaynarinfo xəbər verir ki, "Twitter" Venesuelada konkret şəxsləri hədəfə alan və dövlətə dəstək verən mindən çox hesab, İranda hakimiyyət təbliğatı aparan 2 mindən artıq, Rusiya və Banqladeşdə isə yanlış məlumatlar yayan profillərin bağlandığını açıqlayıb.

"Facebook" İranla bağlı fəaliyyət göstərən 783 səhifə, qrup və profilin fəaliyyətinə son qoyulduğunu bildirib.