Günün qoroskopu: Əməyinizin qədrini bilin, işləri yarımçıq qoymayın
20-06-2019, 10:14
Oxunub: 3 233
Maraqlı layihəyə başlamaq imkanları yaranıb
Qoç - günün ilk yarısında yaxın perspektivə yönəlmiş layihəyə başlamaq olar. Əlavə impulsdan yararlanın, enerjili çalışın. Aktiv insan təsiri bağışlayın. Tənbəllik etməyin.
Günün ikinci yarısındakı situasiya sizdən problemlərin həllinə yaradıcı yanaşma ilə bahəm, dəqiqlik də tələb edəcək.
Kommersiya üçün əlverişli zamandır.
Ailə üzvlərinin tələblərinə diqqətsiz qalmayın.
Buğa - günün ilk yarısında başlanan proseslər sizə sakit dövr vəd etmir. Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün yaxşıca çalışmalı, zəhmət çəkməli olacaqsınız. Nəticə isə gözləntilərinizə uyğun gəlməyə bilər.
Günün ikinci yarısında yeni layihə və ya təklif istisna deyil. Mümkün qədər səbrli, təmkinli olun. Şərikin və ya tərəfdaşın mövqelərini nəzər alın.
Axşam saatlarında qonaqlar gələ bilər. Yaxşı vaxt keçirəcəksiniz.
Əkizlər - süst və ətalətli olmayın. Maraqlı layihəyə başlamaq imkanları yaranıb. Təklifləri dərhal qəbul etməyin. Yüz ölçün, bir biçin. Mümkün variantlar arasında ən sərfəlisini və effektivini seçin.
Günün ikinci yarısında tələsməyin. Ünsiyyətdə kasadlıq müşahidə olunmayacaq. Orijinal ideyanı reallaşdıranda emosiyalara qapılmayın.
Sağlam qidalanın, rasiona fikir verin. Əks təqdirdə əhvalınız korlana bilər.
Xərçəng - kiçik risk və eksperimentlərdən qorxmayın. Nüfuzunuz, maddi durumunuz və yaxın perspektivdəki planlarınızı təhlükəyə ata biləcək addımlardan çəkinin. Yaxşı tanımadığınız insanlara etibar etməyin.
Günün ikinci yarısında tərəfdaşlarla müttəfiqlərin sayını artırın. Maliyyə və əmlak məsələlərində anlaşılmazlıqlar yarana bilər. Sığorta, təzminat, ödəniş və s. məsələlərdə sərvaxt davranın.
Yaxınlarınızın qayığısına qalmaq söz yox, əməl tələb edir.
Şir - yaxşı imkanlar vəd edən gündür. Sərvaxt davranın, yaranan şansları dəyərləndirin. Yaşam mövqeləriniz və prioritetlərinizin əsasını aktivlik təşkil etməlidir. Bir yerdə qalsanız, işlərinizdə irəliləyişlərə nail ola bilməyəcəksiniz.
Günün ikinci yarısında bilik və bacarıqlarınızı artırın. Özünüzdən bədgüman qalmayın. Tənqidə sərt reaksiya verməyin. Bacarıqlarınızı və imkanlarınızı obyektiv dəyərləndirin.
Axşam saatlarında gəzintiyə yollana bilərsiniz.
Qız - özünüzü pis hiss etməyəcəksiniz. Müxtəlif layihələrə başlamazdan əvvəl yaxşı düşünün. Mümkün dividendlərlə bahəm, məruz qala biləcəyiniz itkiləri dəyərləndirin.
Günün ikinci yarısında liderlik məziyyətlərinizi çəkinmədən nümayiş etdirin. Rəqibləri üstələmək üçün obyektiv şərtlərdən maksimum istifadə edin.
Axşam saatlarını təbiət qoynunda keçirsəniz, əla olar. Yaxınlarınızla təmaslarda təmkinli, səbrli davranın. Anlaşılmazlıq yarada biləcək suallara zəmin yaratmayın.
Tərəzi - yaşananları dəqiq qiymətləndirin. Kobud səhvlərin fəsadları çox ağır ola bilər. İllüziyaların əsiri olmayın. Reallığı yanlış dəyərləndirsəniz, işlərinizdə axsamalar və ləngimələr olacaq.
Günün ikinci yarısında təriflərə aldanaraq fəaliyyət tempini aşağı salmayın uğurlar başınızı gicəlləndirməsin. Məqsədləri təftiş edin, daha yüksək səviyyəyə can atın.
Əqrəb - məqsədə doğru daha fəal hərəkət üçün yaxşı motivasiya var. Yaxın ətrafınızdakı insanların yardımlarından dəyərlənməyə çalışın. Zərurət yaranarsa, məsləhətlərə qulaq asın.
Günün ikinci yarısında intizamlı olun. Vaxtınızın qədrini bilin. Sevdiyiniz insan qayğı və diqqət tələb edir.
Axşam saatlarında gəzintiyə çıxın.
Oxatan - günün ilk yarısı pozitiv və məhsuldar zaman vəd edir. Hadisələrin azarına kobud müdaxilə etməyin. Olayların nəzarətdən çıxmasına imkan verməyin.
Günün ikinci yarısında qayda və normalar çərçivəsindən kənara çıxmayın. Riski gərəkli saysanız belə, qanun və normaları tapdalamayın. Yaxın ətrafınızdakı insanlarla münsibətlərdə mövqelərinizin sərhədlərini dəqiq müəyyənləşdirin.
Axşam saatlarında kimsəyə imkan verməyin ki, sizə kobud təzyiqlər etsin.
Oğlaq - müsbət emosiyalar, xoş hadisələr vəd edən gündür. Uzun müddətdən bəri sərf etdiyiniz əməyin bəhrəsini görə biləcəksiniz. İşinizdə və şəxsi münasibətlərinizdə irəliləməyə çalışın.
Günün ikinci yarısında hər hansı tipdə və ya formada riskdən uzaq durun. Şübhəli əməliyyatlara, fırıldaqlara qatılmayın.
Axşam saatlarını sevdiyiniz insana sərf edin.
Dolça - rutin işlərdən usanmayın. Bu işləri sizin əvəzinizə kimsə görəsi deyil. Əməyinizin qədrini bilin, işləri yarımçıq qoymayın. Fəaliyyətinizdə iradəli olun.
Günün ikinci yarısında emosiyalar burulğanına düşərək qarşınıza qoyduğunuz məqsədi unutmayın. Başqalarının uğurlarına paxıllıq etməyin. İrəliləyiş üçün var qüvvə ilə işləyin.
Axşam saatlarında normal istirahət edin.
Balıqlar - maddi məsələlərə xüsusi diqqət yetirin. Ödəniş qabiliyyəti və maliyyə problemlərinin həlli xüsusi əhəmiyyət kəsb edir. Stabillik axtarışları sizi iş yerini dəyişməyin labüdlüyü ilə bağlı fikirlərə tuş etməsin.
Günün ikinci yarısında gəlir mənbələrini artırmağa çalışın. Karyera perspektivlərini düşünün. Yaxın gələcəklə bağlı planları dəyişmək olar.
Dəyər verdiyiniz insanlara, ailə üzvlərinizə və qohumlarınıza yetərincə vaxt ayırın.
Axşam saatlarında gəzintiyə çıxmaq olar.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 16-03-2024, 09:49 : Forum iştirakçılarının sayı rekord həddədir
Analitika / Xəbərlər
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 1-03-2024, 16:14 : Xərçəng xəstəsi olan Zeynəbin səhhəti pisləşdi
Şou-Biznes / Xəbərlər
- 1-03-2024, 16:44 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə Qaradağlı kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub
Bölgə / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 13-03-2024, 12:37 : Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
Analitika / Xəbərlər
- 1-03-2024, 19:46 : Qəzzada həlak olanların sayı açıqlandı
Dünya / Xəbərlər
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 5-03-2024, 14:57 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə şəhid anası Sitarə Əzizovanı 70 illik yubileyi münasibəti ilə ziyarət ediblər
Bölgə / Xəbərlər