BolgeXeber.Com » Dünya » Şeyx Londonda qəfildən öldü – Səbəbi narkotika və seks…

Şeyx Londonda qəfildən öldü – Səbəbi narkotika və seks…

3-07-2019, 13:45
Oxunub: 2 737 Şeyx Londonda qəfildən öldü – Səbəbi narkotika və seks…Birləşmiş Ərəb Əmirliklərinin Şarja əmirliyinin rəhbəri Sultan bin Muhammed əl-Qasıminin oğlu şeyx Xalid bin Sultan əl-Qasımi Londondakı evində ölü tapılıb

Bu haqda “The Sun” qəzeti yazır. Bildirilir ki, Qasımi Londonun zənginlər məskəni olan Naytsbric rayonundakı evində ölüb. Evə daxil olan fövqəladə xidmət əməkdaşları çoxlu sayda narkotik maddə tapıblar.
Qəzetə danışan mənbələr deyiblər ki, kişi geyim markasının sahibi olan 39 yaşlı Qasıminin yaşadığı evdə narkotik və seks məclisi təşkil edilirdi. Lakin London polisi bu məlumatı nə təsdiq, nə təkzib edib.
Mənbələr isə deyiblər ki, evdə baş verənlərə əsasən şeyxin qonaqları narkotik istifadə ediblər və sekslə məşğul olublar. Bu səbəbdən Qasıminin narkotik dozasının aşılması nəticəsində ölmüş ola biləcəyi təxmin edilir. Mənbənin dediyinə görə, polis şeyxin ölümü ilə bağlı təhqiqatın məxfi qalmasına çalışır.
Şeyxin ölümü ilə bağlı Şarja əmirliyində üç gün milli matəm elan edilib və bayraqlar yarıya qədər endirilib. Şarja əmiri şeyx Məhəmməd Bin Sultan əl-Qasımi bir oğlunu 1999-cu ildə 24 yaşındaykən itirmişdi. O vaxt ingilis mediası şeyxin oğlunun narkotik dozasının aşılması nəticəsində öldüyünü yazmışdı.
Şeyx Xalid bin Sultan əl-Qasımi 9 yaşından İngiltərədə yaşayırdı, o Londonda təhsil alıb və 2008-ci ildə “Qasimi Homme” adlı kişi geyim markasını yaradıb, moda biznesinə girib.
///Unikal.org