BolgeXeber.Com » Dünya » “Amazon” rəhbəri rəsmən boşandı - Sabiq yoldaşı ən varlı qadınlar siyahısına düşür

“Amazon” rəhbəri rəsmən boşandı - Sabiq yoldaşı ən varlı qadınlar siyahısına düşür

6-07-2019, 11:12
Oxunub: 4 030 “Amazon” rəhbəri rəsmən boşandı - Sabiq yoldaşı ən varlı qadınlar siyahısına düşür“Amazon”un rəhbəri Ceff Bezos və həyat yoldaşı Makkenzi rəsmi olaraq boşandılar.

“Bloomberg” agentliyinin yaydığı məlumata əsasən, boşanma prosesinin başa çatması ilə C.Bezosun “Amazon” şirkətinin 19,7 milyon (4%) səhminin sabiq həyat yoldaşına ötürməsi proseduruna başlanılır.

Bu paket 38,3 milyard dollar məbləğində dəyərləndirilir ki, bu da Makkenzi Bezosun “Bloomberg” tərəfindən tərtib olunmuş dünyanın ən zəngin qadınlarının reytinqində 22-ci pillədə qərarlaşmasına imkan verir.

Xatırladaq ki, “Amazon” dünyanın ən iri onlayn mağazasıdır.