Di Kaprio Amazon meşələrinin qorunmasına beş milyon dollar ayırdı
26-08-2019, 14:54
Oxunub: 6 380
Məşhur aktyor, "Oskar" mükafatı laureatı Leonardo Di Kaprio Amazoniyanın biomüxtəlifliyinin qorunması üzrə fövqəladə fondun yaradılmasının anonsunu verib
RBK xəbər verir ki, artistin fonda ilk payı beş milyon dollar miqdarında vəsait olub.
Di Kaprio iyulda iqlim dəyişiklikləri ilə mübarizə aparmaq üçün "Alyans Yer" qeyri-kommersiya təşkilatı yaradıb. Ona bu işdə Loren Pauell-Cobs və milyarder Brayan Şet kömək edib.
Təşkilat indi isə "Amazon Forest" fövqəladə fondunun təsis edildiyini elan edib. Beş milyon dollar həcmində ilk ödəniş Amazoniyanın zərər çəkmiş yerli xalqlarının zəruri resurlarla təmin edilməsinə, eləcə də ən iri tropik meşə massivinin biomüxtəlifliyinin qorunması ilə məşğul olan fondun tərəfdaşlarına dəstək verilməsinə ayrılacaq.
Qeyd edək ki, Amazon meşələri alova bürünüb. Avqustun 15-dən bəri 9,5 mindən çox meşə yanğını baş verib. Yanğın 1,3 min kvadrat kilometr meşəni məhv edib, tüstü üç milyon kvadrat kilometr əraziyə yayılaraq San-Paulu sakinlərinin Günəşi görməsinə mane olub.(oxu.az)
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər