Depardye Belarusda özünə ev tikir - Torpağı ona Lukaşenko bağışlayıb
29-08-2019, 12:09
Oxunub: 4 569
Məşhur fransız aktyor Jerar Depardye Belarus Prezidenti Aleksandr Lukaşenkonun ona bağışladığı torpaq sahəsində ev tikməyə hazırlaşır.
Bu barədə "RİA Novosti"yə aktyorun nümayəndəsi Arno Frille danışıb.
O, Minsk yaxınlığında ev tikmək üçün sahənin Depardyeyə 99 il müddətinə verildiyini deyib.
Qeyd edib ki, tikiləcək evin layihəsi hazırdır.
Frille torpağın rəsmiləşdirilməsi üzrə aparılan inzibati prosedurların çox uzun çəkdiyini əlavə edib.
Bir müddət öncə Belarus mətbuatında yayılan məlumatda bildirilirdi ki, daşınmaz əmlakın vahid dövlət reyestrindən verilən çıxarışa əsasən, Depardyeyə Zaslav su anbarının sahilində, Minsk yaxınlığında yerləşən Laporoviçi kəndində ev tikintisi üçün torpaq sahəsi verilib. Biatlonist Darya Domraçeva onun qonşusu olacaq.
"Le Figaro" jurnalına müsahibədə aktyor Fransadakı bütün əmlakını sataraq, bir müddət Belarusda yaşamaq niyyətində olduğunu bildirib. Bundan başqa, Belarus televiziyasına müsahibəsində Depardye qeyd edib ki, bu ölkə ona qeyri-adi təəssürat bəxş edib. Aktyorun sözlərinə görə, Belarus İsveçrəyə oxşayır, lakin daha təmiz və daha maraqlıdır.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər