XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

İranda Ukrayna təyyarəsinin vurulmasına görə həbslər başladı

İranda Ukrayna təyyarəsinin vurulmasına görə həbslər başladıİran hakimiyyəti Ukrayna təyyarəsinin vurulması ilə bağlı həbslərə başlayıb.

APA-nın xəbərinə görə, bu barədə TASS İran məhkəmə hakimiyyətinin nümayəndəsinə istinadən məlumat yayıb.

Qeyd edək ki, İran Silahlı Qüvvәlәrinin Baş Qәrargahı mәxsus tәyyarәnin sәhvәn vurulduğu ilə bağlı bəyanat yayıb. Bәyanatda qeyd olunub ki, İranın İraqda ABŞ hәrbi bazasına hücumu vaxtı vә sonrakı saatlarda ABŞ hәrbi tәyyarәlәrinin uçuşları artıb. İranın İmam Xomeyni hava limanından havaya qalxan tәyyarәnin qәfil dönüş etmәsi İran İslam İnqilabı Keşikçilәr Korpusunun hәssas mәkanlarına hücum kimi qiymәtlәndirilib. İran Silahlı Qüvvәlәri Baş Qәrargahı baş verәn hadisә ilә әlaqәdar insan xәtasına görә üzr istәyib.

Xatırladaq ki, Ukraynaya məxsus “Boeing 737” tipli sərnişin təyyarəsi yanvarın 8-də Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan 176 nəfərin hamısı həlak olub.
Bölmə: Dünya | 14 yanvar 2020 12:46





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: