BolgeXeber.Com » Dünya » Türkiyə parlamentinə yeni spiker seçildi

Türkiyə parlamentinə yeni spiker seçildi

5-07-2011, 10:40
Oxunub: 5 202 Səsvermənin 3-cü turunda AK Partiyanın namizədi Cəmil Çiçək üstün olub

Bolgexeber.com-un Türkiyənin "Hürriyet" qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyə Böyük Millət Məclisinə yeni sədr seçilib. Spiker vəzifəsinə AKP-dən Cəmil Çiçək və Zelkif Kazdal, MHP-dən isə Tunca Toskay iddialı idilər.
İlk turda Çiçək 302, T.Toskay 50, Z.Kazdal 23 səs alıb. 1-ci turda qalib gəlmək üçün millət vəkillərinin üçdə ikisinin (367) səsini almaq tələb olunduğundan 2-ci tur keçirilib. Belə olduğu halda Kazdal ilk turdan sonra namizədliyini geri götürüb. İkinci turda Çiçək 322, Toskay isə 52 səs alıb. Bu turda da üçdə iki səs çoxluğu tələb olunduğu üçün yeni sədr 3-cü turda müəyyənləşib və C.Çiçək TBMM-in sədri seçilib.