İçkili valideynlər övladlarinin ölümünə səbəb oldular-Foto
8-07-2011, 10:20
Oxunub: 5 864
Hadisə batmış maşını palçıqdan çıxarmağa cəhd edərkən baş verib
Bolgexeber.com saytının Life News-a istinadən verdiyi məlumata görə, içkili valideynlər içərisində uşaqlar olan maşını göldə batırıblar.
Faciə Rusiyanın Kuban vilayətində baş verib. İki ailə uşaqları ilə birlikdə dincəlmək üçün VAZ-2107 maşınıyla «Çistıye prudı» istirahət mərkəzinə yola düşürlər.
Bir neçə saatdan sonra güclü yağış başladığından onlar geri qayıtmağı qərara alırlar. Lakin elə birinci təpədə avtomobil palçığa batır. Böyüklər onu itələmək üçün düşürlər, bu zaman uşaqlar da içəridə qalır. Bir neçə cəhddən sonra birdən avtomobil əllərindən çıxıb dərəyə doğru yuvarlanmağa başlayır.
Analar var-gücləri ilə onun dalınca düşsələr də çata bilmirlər. Jiquli gölə düşür.
Bu zaman yerlilərdən olan Timur Bratanov qadınların qışqırığını eşidir. O özünü gölə ataraq körpələri xilas eləməyə çalışır. Lakin arxa qapı artıq bloka düşmüşdü. Bu vaxt digərləri də onun köməyinə gəlirlər. Maşının arxa pəncərəsini sındırarkən onların əlləri al-qana boyanır. Lakin avtomobil onların gözləri qabağında suya batır.
Qeyd olunur ki, 8 yaşlı qız qapını açıb çıxa bilsə də, digər 2 yaşlı Vlad və 4 aylıq Kostyanı xilas etmək mümkün olmur.
Aparılan araşdırma zamanı gölün sahibinin günahkar olduğu da meydana çıxır. Belə ki, çoxsaylı şikayət məktublarına baxmayaraq, o, hələ də gölə xilasedici avadanlıqla təchiz eləməyibmiş.
Ekspertiza zamanı aydın oldu ki, hər iki ailəli cütlüklər içkili imişlər – onların qanında ciddi miqdarda alkoqol müşahidə olunub.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər