BolgeXeber.Com » Dünya » Bu böcək bir orduya cavab verəcək (foto-video)

Bu böcək bir orduya cavab verəcək (foto-video)

13-07-2011, 19:45
Oxunub: 6 213 ABŞ ordusu müharibədə xüsusi olaraq istifadə etmək üçün böcək formasında casus robotlar hazırlayıb


Bolgexeber.com -un "Dailymail"ə istinadən verdiyi məlumata görə, artıq yeni hazırlanmış robotla bağlı mətbuata açıqlama verilib. Casus robotlar ABŞ ordusunun hava qüvvələrinə aid ən gizli proyektlərini həyata keçirən “Wright Patterson” hərbi laboratoriyası tərəfindən hazırlanıb. Hazırlanmış casus böcəklər müharibə zamanı düşmən tərəfinin ən güclü texnologiyaları vasitəsilə belə aşkar oluna bilmir. “Wright Patterson” hərbi laboratoriyası indiyə qədər bir-birindən fərqli şəkildə müxtəlif casus robotlar hazırlayıb.
Qeyd edək ki, artıq hazırlanmış casus böcək robotların fotoları mətbuata təqdim olunub.

[youtube]http://www.youtube.com/watch?v=-LOBSje-3x8&feature=player_embedded[/youtube]