BolgeXeber.Com » Dünya » Millət vəkili həbs edildi

Millət vəkili həbs edildi

2-08-2011, 19:55
Oxunub: 5 249 Türkiyənin Müstəqil Van millətvəkili Aysel Tuğluk həbs edilib.

Bolgexeber.com -un Türkiyə saytına istinadən verdiyi xəbərə görə, o, terror təşkilatını təbliğ etməkdə ittiham edilir. Keçən ilin martın 17-də Yüksekova mahalındakı çıxışından sonra Van Respublika Baş prokurorluğunda aparılan istintaq nəticəsində Van Ağır Cəza məhkəməsində haqqında dava açılan millətvəkili Tuğluka 2 il həbs cəzası verilib.