Obamanın arvadının çılpaq şəkilləri yayıldı – FOTOLAR

Obamanın arvadının çılpaq şəkilləri yayıldı – FOTOLAR


İspaniyada dərc olunan “Fuera De Serie” jurnalının sonuncu üz qabığı qalmaqala səbəb olub.

Bolgexeber.com-un “Huffington Post”-a istinadən verdiyi xəbərə görə, jurnalın üz qapağında ABŞ prezidenti Barak Obamanın həyat yoldaşı Mişel Obama lüt qul qız kimi təsvir olunub.

Rəssam Mari Gillemin Benoistin 19-cu əsrədə çəkdiyi “portrait d’une négresse” portretdə təsvir edilən qaradərili qızın sifəti “fotoşop” vasitəsilə dəyişdirilərək Mişel Obamanın sifəti ilə əvəz edilib.

Jurnalın üz qabığına məhz bu şəkili seçməsi bəziləri tərəfindən irqçilik kimi qiymətləndirilib. Ancaq jurnalın bildirdiyinə görə, məqalə Mişel Obamanın populyarlığı və onun Obamanın Amerikanı idarə etməsinə necə kömək etdiyindən danışır.


30-08-2012, 00:10
Geri qayıt