Çində insanabənzər üzə sahib sazan balığı aşkarlanıb.
Qaynarinfo xəbər verir ki, insan üzlü balıq 2016-cı ildə orta məktəb müəllimi Çiu Siaoxua tərəfindən Vuqanq şəhərində tutulub. O, daha əvvəl belə canlı ilə qarşılaşmadığını dilə gətirib.
Daha əvvəl 2010-cu ildə Esseks şəhərində Brendan O'Sullivan tərəfindən tutulan insan üzlü balığa 40 funt-sterlinq dəyər ölçülmüşdü. Çinli kolleksiyaçılar nadir tapılan bitki və heyvanlara yüksək məbləğ ödəyirlər.
Qeyd edək ki, balığın görüntüləri Çinin "Weibo" sosial şəbəkəsində yayılıb və marağa səbəb olub.