Somalinin paytaxtı Moqadişoda həyata keçirilən terror zamanı dörd xarici vətəndaş da daxil olmaqla 90-dan çox adam həyatını itirib.
Qaynarinfo xəbər verir ki, zərərçəkənlər arasında 73 mülki şəxs, 17 polis əməkdaşı var.
Məlumata görə, bomba yüklü bir avtomobil bu günü səhər bir nəzarət-buraxılış məntəqəsində partladılıb.
Hələ ki heç bir terror təşkilatı məsuliyyəti öz üzərinə götürməyib.