BolgeXeber.Com » Şamaxıda müəllimindən hamilə qalan BAKİRƏ qız barədə - Ekspertiza rəyi
Şamaxıda müəllimindən hamilə qalan BAKİRƏ qız barədə - Ekspertiza rəyi
13-05-2016, 14:26
Oxunub: 2 215
Şamaxı Rayon Məhkəmə Tibb Ekspertizası Pirbəhli kənd sakinin başına gətirilən biabırçı olayla bağlı yaranmış qeyri-müəyyənliyə aydınlıq gətirib
Məhkəmə tibb eksperti Məmməd Abdulrahibov AzNews.az-a açıqlamasında 9-cu sinif şagirdinin müəllimi tərəfindən seksual xarakterli hərəkətlərə məruz qaldığını təsdiqləyib: “Mən həmin şagirdlə bağlı rəyimi yazıb komissiyanın iştirakı ilə təqdim etdim. Rəydə bildirilir ki, şagird hazırda bakirədir. Ancaq şagirdə qarşı əxlaqsız hərəkətlər olunub. 15 yaşlı şagird seksual xarakterli hərəkətlər yolu ilə hamilə qalıb. Bu yolla hamilə qalmaq mümkündür. Qız bakirə olsa da, doğuşa az qalıb”.
Məktəblinin İbrahimov Elnur Həsənağa oğlundan hamilə qalıb-qalmamasına gəlincə M.Abdulrahibov bildirib ki, bu barədə məlumata malik deyil: “Qızın kimdən hamilə qalması artıq müstəntiq araşdırmasıdır”.
Qeyd edək ki, Şamaxı rayon Pirbəhli kənd orta məktəbində biabırçı hadisə baş verib. 9-cu sinif şagirdinin müəllimi İbrahimov Elnur Həsənağa oğlundan hamilə qaldığı deyilir. Hadisə ilə bağlı Şamaxı Rayon Polis Şöbəsində cinayət işi açılıb. Araşdırma gedir.
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər