BolgeXeber.Com » İsrail dövləti qurulmamışdan öncəki Fələstin - ŞOK VİDEO

İsrail dövləti qurulmamışdan öncəki Fələstin - ŞOK VİDEO

31-07-2016, 12:13
Oxunub: 6 660 İsrail dövləti qurulmamışdan öncəki Fələstin - ŞOK VİDEOBu nadir kadrlarda öncə ölkəyə Osmanlı dövləti tərəfindən çəkilmiş dəmiryolu və qatarlar görünür

66 ildən çoxdur İsraillə ardı kəsilməyən qanlı savaş vəziyyətində əzab çəkən Fələstin XIX əsrin sonlarında Osmanlı dövlətinin himayəsində müəyyən iqtisadi çətinliklərə rəğmən sabit günlərini yaşayırdı. O zaman hələ qurulmamış indiki İsrail dövlətinin ərazisi də müsəlmanların nəzarətində idi.

Bütövlükdə Şimalı Afrika və Yaxın Şərqdə olduğu kimi, bu coğrafiyada da fəlakətlər 1914-1918-ci illərdəki I Cahan savaşı zamanı avropalıların və xüsusən ingilislərin buraları işğal etməsindən, yəni Osmanlı dövlətinin çöküşündən sonra başladı...
İsrail dövləti qurulmamışdan öncəki Fələstin - ŞOK VİDEO

Moderator.az düz 120 il öncə -1896-cı ildə fransız Lümer qardaşları tərəfindən Fələstində çəkilmiş ilk video-kadrları əldə edib. Bu nadir kadrlarda öncə ölkəyə Osmanlı dövləti tərəfindən çəkilmiş dəmiryolu və qatarlar görünür. Dinindən, irqindən, milliyyətindən asılı olmayaraq hər bir kəsin: ərəb, türk, yəhudi, erməni və s. xalqların nümayəndələrinin bu müsəlman torpağında sərbəst yaşadığı gözə çarpır.