BolgeXeber.Com » Qazax Neft Terminalı Bazasından “Avey-Petrol”-a gedən yol - İTTİHAM VAR

Qazax Neft Terminalı Bazasından “Avey-Petrol”-a gedən yol - İTTİHAM VAR

10-11-2016, 15:53
Oxunub: 3 611 Qazax Neft Terminalı Bazasından “Avey-Petrol”-a gedən yol - İTTİHAM VARCücənovlara məxsus bu möhtəşəm kompleks “Qırmızı Körpü” istiqamətində gedən yolun üzərindədir

Redaksiyamıza yeni daxil olmuş məlumatda «SOCAR Petroleum» QSC-nin 7 saylı Qazax Neft Terminalı Bazasının baş mühasibi İlham Cücənovun, eləcə də bu şəxsin Elxan və İlyar adlı qardaşlarının fəaliyyətlərinə dair maraqlı açıqlamalar təqdim olunub. Məlumatda deyilir: “Bir vaxtlar İlham Cücənov Avey dağının yamaclarında çobanlıq edərdi. Lakin günlərin bir günü, Elxan və İlyar kasıbçılığın daşını atmaq məqsədilə, Qazaxın Daş Salahlı kəndi ərazisində, Avey dağının ətəklərində daş karxanası icarəyə götürürlər. İşə can-başla girişən qardaşların işi də yaxşı gedir. Bir müddət sonra isə, qardaşlar özlərinə keçmiş MTN-nin Qazax şöbəsinin keçmiş rəisinin diqqətini cəlb edirlər. Qeyd edim ki, həmin şəxs Eldar Mahmudovun bacısı oğlu olur. Rəis dayısına məruzə edir ki, bəs, Qazax da belə üç qardaş var.

Sözün əsil mənasında daşdan pul çıxarırlar. Bunlara nə iş tapşırsaq, öhdəsindən gələrlər. İş tapşırılır da. Amma, əvvəlcə rəis öz dayısının adından qardaşların daş biznesinə şərik olur. İşi isə, məhz çobanlıq edən İlham Cücənova tapşırırlar. Həm də nə iş, 7 saylı Qazax Neft Terminalı Bazasının baş mühasibliyini. Əlbəttə, bundan əvvəl İlhama hesab da öyrədirlər, hətta müvafiq təhsil də verirlər. Amma Neft Terminalı Bazasının işinə nəzarətə İlham tezliklə başlayır. Bax elə bundan sonra, Cücənovların da işləri “üzüyuxarı” getməyə başlayır. Qısa müddətdən sonra, qardaşlar bitib-tükənmək bilməyən sərvətə, çox sayda obyektlərə və mülklərə sahib ola bilirlər. Təbii ki, “qüdrətli nazirin” himayəsi öz təsirini göstərməyə bilməzdi. Nə büdcəyə vergi verirsən, nə də kiməsə haqq. Neft Terminalı Bazasının da “qara kassası” gəlirlərini artırır. Bu gün artıq Cücənov qardaşlarının Daş Salahlıda sahibi olduqları karxanaların sayı 12-yə çatıb. Təsəvvür edin ki, bütün regionu daşla məhz Cücənovlar təmin edirlər. Həmçinin Daş Salahlıda bu ailəyə məxsus yanacaqdoldurma stansiyası da fəaliyyət göstərir. Amma bu, nisbətən kiçik biznesdir. Böyük işlər isə, “Avey-Petrol”-da görülür. Cücənovlara məxsus bu möhtəşəm kompleks “Qırmızı Körpü” istiqamətində gedən yolun üzərindədir. Kompleksə yanacaqdoldurma stansiyası, otel, restoran, idman mərkəzi və avtoservis fəaliyyət göstərir. Həmçinin Ağstafada yerləşən “Orxan” şadlıq evi də bu qardaşlara məxsusdur. Amma bununla belə, İlham Cücənov ilk peşəsini də unutmayıb. Belə ki, Qazax-Ağstafa ərazisində, Ceyran çölündə Cücənovların böyük heyvandarlıq təsərrüfatları da var. Həm də bu təsərrüfatda irili-xırdalı mal-qaranın sayı minlərlə başladır. Cücənovlar bütün bu bizneslərini də iki şirkətin, “Çinar” və “Firuddin” MMC-lərin vasitəsilə tənzimləyirlər.

Qardaşlar əlbəttə ki, mal-mülk baxımından da özlərinə kəmlik verməyiblər. Rayondakı imarətlərindən başqa, Cücənovlardan hər birinin Bakının “Vorovski” kimi tanınan ərazisində möhtəşəm şəxsi mülkü var. İlham Cücənova isə, hələ o vaxtlar, Eldar Mahmudov şəxsən özü Badamdar qəsəbəsində, öz qonşuluğunda böyük bir torpaq sahəsi hədiyyə edib. Bu sahədə İlhamın inşa etdiyi möhtəşəm imarətin təmiri isə, artıq düz on ildir ki, fasiləsiz davam edir. Maraqlıdır ki, nə Eldar Mahmudovun “süqutu”, nə də onun bacısı oğlunun işdən getməsi Cücənovların vəziyyətlərinə heç bir təsir göstərmədi. Amma bax bunun səbəbini bilən adamların sayı çox azdır...”

Qarşı tərəfin də öz mövqeyini bildirmək hüquqlarını tanıyırıq. DIA.AZ