BolgeXeber.Com » Saatlı Məşğulluq Mərkəzi direktorunun qalmaqalı böyüyür - İTTİHAM VAR

Saatlı Məşğulluq Mərkəzi direktorunun qalmaqalı böyüyür - İTTİHAM VAR

21-12-2016, 17:24
Oxunub: 2 605 Saatlı Məşğulluq Mərkəzi direktorunun qalmaqalı böyüyür - İTTİHAM VARBir müddət orada ƏSMM-də mütəxəssis kimi çalışdı, sonra nazirlikdəki struktur dəyişikliyi ilə bağlı həmin Elgün Mirzəyevin sayəsində o, bu yaxınlarda Saatlı Məşğulluq Mərkəzinin direktoru təyin edildi...

«Təzadlar»ın rəsmi saytının dünənki buraxılışında Saatlı Məşğulluq Mərkəzinin direktoru Bayram Mikayılovun barəsində redaksiyaya daxil olmuş şikayət məktubu əsasında yazı yerləşdirilmiş, qarşı tərəflərin də mövqeyini dinləməyə hazır olduğumuzu bildirmişdik…
Azərbaycan əmək və əhalinin sosial müdafiəsi naziri cənab Səlim Müslümova ünvanlı şikayət məktubunda B.Mikayılova qarşı ciddi ittihamlar səsləndirilmişdi və vurğulanmışdı ki, onun qaynatası Aydın Cəbrayılovla münaqişədə olduğu və s. Vurğulanmışdı. Yazıda redaksiya adından hər iki tərəfi, həm Bayram Mikayılovu, həm də Aydın Cəbrayılovu dinləməyə hazır olduğumuzu bildirmişdik…
Bu gün yazıda adı çəkilən Aydın Cəbrayılov bizimlə əlaqə saxladı və onu redaksiyaya dəvət etdik. O, ailə münaqişəsində olduğu kürəkəni Bayram Mikayılovla bağlı yazılanların hamısının doğru olduğunu bildirdi və əlavə fakt və sənədlər, sosial yardım kartlarının, Bayram Mikayılovun barəsində nazirliyə vətəndaşlar tərəfindən yakzılmış şikayət məktublarının nazirlikdəki qohumu və yaxın adamı tərəfindən ötürülməsini, ört-basdır edilməsini təsdiqləyən mötəbər sübutları bizə təqdim etdi. Bu sənədlər arasında hansısa xanımın fotosu, tərəflərin bir-birinə yazdığı mesajları və s. Də var, lakin KİV olaraq bunların ictimailəşməsini hələki məqbul hesab etmirik, araşdırılması üçün aidiyyəti dövlət qurumlarına göndərilməsi tərəfimizdən təmin ediləcək.
Beləliklə, Aydın Cəbrayılov yazılanlar barədə bunları dedi:
-Mənim üçün bu mövzuda danışmaq olduqca çətin olsa da, qarşı tərəfin kimliyinin bilinməsi üçün bəzi faktları deməyə borcluyam. Bildirirəm ki, Bayram Mikayılovla əvvəllər olduqca mehriban münasibətimiz olub, hətta o dərəcədə ki, mən onu öz oğlumdan seçməmişəm. Ailəmiz üçün nə almışamsa, ən azından onun üçün də eyni pal-paltarı və digər əşyaları almışam. O da mənə həmişə böyük kimi qayğı və diqqət göstərib. Lakin bu ilin aprelin 20-də bu gənc ailənin övladı dünyaya gəldi. Biz yeni doğulmuş körpəni evlərinə apardıq. Evdə Bayram, qardaşı Malik və anası Sitarə xanım idilər. Mən və həyat yoldaşım da ailənin övlad sevincinə şərik olmaq üçün orada idik… Körpəni təzəcə yerbəyer edib bir-birimizə gözaydınlığı vermişdik ki, birdən həmişə mənə «əmi» deyən Bayram «Aydın, bir dəqiqə olarmı» məni deyərək kənara çəkmək istədi. Mən həmin gün dostlarımla bilet alıb Tehrana uçmalı idim. Ona görə də onun bu cür müraciətindən çox pis oldum, bu məni heç açmadı, çox dilxor oldum… Bu zaman Bayramın anası mənim qızıma, özünün gəlninə olduca təhqiramiz formada ifadələr işlədərək müraciət etdi… Həmin söhbətin bu hissəsini təkrar etmək istəmirəm. Amma yol üstündə olduğumdan yaranmış bu gözlənilməz vəziyyəti nizamlamaq üçün Bayrama bildirdim ki, oğlum, mən 2-3 günə qayıdıram, gələnə kimi problem yaratmasınlar, nə baş verir, onu birgə aydınlaşdırarıq… Bir neçə gündən sonra İrandan qayıtdım və vəziyyəti dəqiqliklə araşdırdım. Bakıya gələndə gördüm ki, qızımı və körpəni vaxtilə bu ailəyə 80-90 min manat vəsait xərcləyərək təmir etdirdiyim mənzildən çıxararaq bizə göndəriblər və bütün qızıl əşyalarını əlindən alıblar… Təsəvvür edin ki, 1992-ci ildə mənfur düşmənimiz ermənilərin əlindən Azərbaycanın digər bölgələrində məskunlaşdıq, qoruyub-saxladığımız əmlakı indi dövləti vəzifə tutan birisi soyub-talamaq istəyir, heç nəyə görəsə bir ailəni dağıdır… Hansı ki, vaxtilə qohumluq ərəfəsində mən ona bütün maddi imkanlarımdan istifadə edərək problemlərini həll etmişəm. Özü də yaxşı bilir ki, o, vaxtilə adi avtomobil yuma məntəqəsində çalışırdı. Xalasının əri İsgəndər Cavanşirov bir vaxtlar Xətai ƏSMM-də rəis təyinatı almışdı və mənə məxsus mənzildə kirayə qalırdı, sonra mənimlə kirvə oldu… Bu vaxtlar həmin bu Bayram Mikayılov İsgəndərin uşaqlarını məktəbə aparıb-gətirirdi, «moyka»da işləyirdi.
-Bəs necə oldu ki, o, bu qədər yaxşılıqların və mehribançılığın qarışılığında birdən-birə dəyişdi?
-Onu da qeyd edim ki, xalasının əri olan Cavanşir İsgəndərov onu Sabirabadda ƏSMM-də müqavilə əsasında mütəxəssis kimi işə götürtdü… Bundan sonra dayısı Əli Məmmədov həmin vaxt Sabirabad ƏSMM-də işləyirdi, bütün yeyinti yollarını o öyrədirdi. Günlərin birində Əli Məmmədovu Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi həbs etdi, 10 il iş aldı. O, bir müddət orada işləyəndən sonra bacısının əri İlqar Rzayev həmin vaxt kəndin icra nümayəndəsi idi. O, kənddən bəzi adamlara arayış verirdi ki, guya adına mal-mülk yoxdur, Bayram da bundan sosial yardım verilməsi üçün bəhrələnirdi. Bir müddətdən sonra Bayramdan və dayısından nazirliyə şikayət məktubları axmağa başladı. Həmin şikayət məktubları isə nazirlikdə it-bata salınırdı, çünki nazirlikdə onların yaxın adamı olan Elgün Mirzəyev tərəfindən ört-basdır edilirdi… Sonradan söz-söhbətin kəsilməsi üçün Bayramı Saatlıya göndərdilər. Bir müddət orada ƏSMM-də mütəxəssis kimi çalışdı, sonra nazirlikdəki struktur dəyişikliyi ilə bağlı həmin Elgün Mirzəyevin sayəsində o, bu yaxınlarda Saatlı Məşğulluq Mərkəzinin direktoru təyin edildi… Bunları deməkdə məqsədim odur ki, Bayram Mikayılov dövləti vəzifə tutur və o, dövlətin qanunlarına və qaydalarına üyğun hərəkət etməlidir. Amma o, bütün insani qaydaları da tapdayıb birdən-birə gənc ailənin göz yaşları üzərində özünə yeni dövran qurmaq eşqinə düşdü… Sonradan məlum oldu ki, o, vaxtilə mənim şəxsi vəsaitlərim hesabına varlandıqca, cızığından çıxıb. İş o yerə çatdı ki, onun adını hələki demək istəmədiyim xanıma yazdığı mesajlar ortaya çıxdı… Bircə onu deyim ki, bu məsələ artıq məhkəmə müstəvisinə çıxıb, onun məhkəməyə hörmətsizliyi nəzərə alınaraq polis şöbəsində barəsində inzibati cəza müəyyən olunub, təhqiqat aparılır… Təbii ki, mən bir valideyn olaraq gənc ailənin dağılmasının tərəfdarı deyiləm, amma bu ailənin dağılmasını istəyənlər məsuliyyətini dərk edərək düşünsələr yaxşıdır…
***
Redaksiyadan: KİV olaraq biz də bir gənc ailənin dağılmasının qarşısını almaq üçün əlimizdən gələni etməyə, tərəflərin barışması üçün mümkün olanı etməyə hazırıq… Həmçinin qarşı tərəf olaraq Bayram Mikayılovu da dinləməyə hazırıq…