BolgeXeber.Com » Gündəm » Kollecin direktor müavini haqda cinayət işi açılıb

Kollecin direktor müavini haqda cinayət işi açılıb

10-02-2014, 15:20
Oxunub: 4 311 Kollecin direktor müavini barəsində olan cinayət işi baxılması
üçün məhkəməyə göndərilmişdir

Baş prokurorluğdan Bolgexeber.com-a verilən məlumata görə Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin direktor müavini Ələmdar Əliyevin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşmışdır.

Aparılmış istintaqla Ə.Əliyevin aldatma yolu ilə Ağcabədi rayon sakinlərindən onları və ya övladlarını kollecə qəbul etdirəcəyi adı altında illik təhsil haqqı, imtahanlar və diplom üçün ümumilikdə 7 min 500 manat məbləğində vəsaiti ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan o, iş üzrə Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü (dələduzluq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir.

Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Yasamal rayon məhkəməsinə göndərilmişdir.