BolgeXeber.Com » Gündəm » Ceyhun Osmanlının 60 hektar torpaq sahəsi var?-Foto

Ceyhun Osmanlının 60 hektar torpaq sahəsi var?-Foto

15-04-2014, 11:25
Oxunub: 5 725 Məlumata görə həmin ərazidə torpaq sahəsinin hektarı 10000-12000 manata satılır

Son günlərdə “İrəli” İctimai Birliyinin keçmiş sədri, deputat Ceyhun Osmanlı haqqında xəbərlər ölkə gündəmini zəbt edib. Belə xəbərlərdən biri də deputat Ceyhun Osmanlının vaxtilə “İrəli” İctimai Birliyinə ayrılan pulların deputatın öz şəxsi biznesinə sərf etdiyi barədədir.Bolgexeber.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə deputat Ceyhun Osmanlının biznesi sahələrindən biridə Ağdaş rayonunun Kükəl kəndində yerləşir. Belə ki, deputat Ceyhun Osmanlı Ağdaş rayonunun Kükəl kəndində 60 hektar “kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı” torpaq sahəsi almış və həmin torpaq sahələrini atası Göyçay rayon İcra Hakimiyyətinin başçısının müavini Yunus Osmanlının adına rəsmiləşdirmişdir. Məlumata görə həmin ərazidə torpaq sahəsinin hektarı 10000-12000 manata satılır. Maraqlı odur ki, həmin torpaq sahəsinin alınma tarixi ilə deputat Ceyhun Osmanlının “İrəli” İctimai Birliyinin sədri olduğu müddətə uyğun gəlir. Ceyhun Osmanlı atasının adına olan torpaq sahəsində iki mərtəbəli villa və böyük həcmli çardaq inşa etdirmişdir. Bundan başqa deputatın qardaşı Faiq Osmanlı Göyçay Rayonlararası Mühafizə Bölməsi rəisidir. Göyçay Rayonlararası Mühafizə Bölməsinin xidməti avtomobilləri Ceyhun Osmanlı Ağdaş rayonunun Kükəl kəndində olan torpaq sahəsində istifadə olunur və Göyçay Rayonlararası Mühafizə Bölməsinin əməkdaşları həmin torpaq sahəsində mühafizəni təmin etməklə yanaşı, həmçinin inşa olunan tikintidə quruculuq işlərində çalışırlar. Deputatın atası Yunus Osmanlı isə Göyçay rayon İcra Hakimiyyətində müavin vəzifəsindən və nüfuzundan sui istifadə edərək Göyçay rayon İdalərinə məxsus traktorları həmin torpaq sahəsində işlədir. Gənclər və İdman Nazirliyinə gənclər üçün hər il ayrılan puldan 1 milyon manat “İrəli”yə gedir. Bundan əlavə, bəzi dövlət məmurları və özəl təşkilatların “İrəli”yə maliyyə yardımı ayırdığı deyilir. Həmin pulların bir qismi isə Ağdaş rayonunun Kükəl kəndində 60 hektar torpaq sahəsinin alınmasına və orada tikinti işlərinin aparılmasına xərclənməsi şübhə doğurmur.
Bolgexeber.com