BolgeXeber.Com » Gündəm » "Azərbaycanın Almaniyadakı konsulu həmyerlimizi polisə verib".

"Azərbaycanın Almaniyadakı konsulu həmyerlimizi polisə verib".

15-04-2014, 14:00
Oxunub: 3 502 "O, özünü “Prostoy vətəndaş” kimi təqdim edərək aksiyaya çıxanları ittiham etmişdi"

Bu barədə aktual.az-a Almaniyada yaşayan ictimai fəal Akif Məmmədov məlumat verib. O, bildirib ki, sənəd problemi olan Qəndəliyevlər ailəsinə kömək məqsədilə onlarla birgə konsulluğa gəlib və Ziya Fətəliyev onu dəllal adlandıraraq polisə şikayət edib:

“Mən Qəndəliyevlər ailəsi ilə birgə Berlindəki konsulluğa gəldim. Sənəd problemləri olduğu üçün bu xəstə ailəyə yardım etmək istədim, dəstək oldum. Konsul mənə dedi ki, sən niyə bunları bura gətirmisən?

Azərbaycanlı olaraq xəstə ailəyə insan kimi yardım etdiyimi bildirdikdə məni dəllal adlandırdı. Dözə bilmədim dedim sənin qanında erməni qanı var, səni təyin ediblər ki, burada həmyerlilərimiəz dəstək olasan,axı o bizim azərbaycanlımız, xəstədirlər. Bundan sonra polis çağırdı və bildirdi ki, Qəndəliyevlər ailəsini də, məni də məhkəməyə verəcək”

Akif Məmmədov qeyd edib ki, həmin ailə onunla birgə Xocalı faciəsi ilə bağlı keçirdiyi təbliğat yürüşlərində iştirak edib.

Qeyd edək ki, Akif Məmmədov ötən il müxalifətin Bakıda keçirdiyi aksiyalar zamanı gündəmə gəlmişdi, o, özünü “Prostoy vətəndaş” kimi təqdim edərək aksiyaya çıxanları ittiham etmişdi.