BolgeXeber.Com » Gündəm » Laçın Klinikası sizin xidmətinizdədir-VİDEO

Laçın Klinikası sizin xidmətinizdədir-VİDEO

21-04-2014, 09:15
Oxunub: 14 304 Tibb elminin andralogiya sahəsi uzrə ixtisaslaşan həkimlərin çox uğurla fəaliyyət göstərdiyi “Laçın” klinikasının kollektivi milli genefondumuzun sağlamlığı keşiyində dayanmağı qarşıya bir məqsəd kimi qoyub
Tibb aləmində belə bir fikir artıq çoxdan öz təsdiqini tapıb. Düzgün diaqnoz, düzgün müalicə deməkdir. Klinikamızda müasir avadanlıqlardan geniş istifadə olunur. Müalicə zamanı dərman preparatlarına çox az yer verilir, əsasən aparatlarla müalicə aparılır. Bu aparatların bəziləri düzgün diaqnoz qoymaqda əvəzsizdir. Elə aparatlar var ki, gündəlik test etmədən müalicə seansına başlamır. Məsələn, əgər xəstəyə müayinə olunub müalicə kursu təyin edilibsə və seansa başlanıbsa, hər bir seansdan əvvəl test yoxlaması aparılır. Ola bilər ki, xəstədə seanslararası müddətdə hansısa xəstəliyin ilkin əlamətləri aşkar edilmiş olsun. Məsələn, o, stress keçirə, soyuqlaya, yüngül qəza keçirə, hansısa virusa yoluxa bilər ki, bu da müalicənin gedişinə maneçilik törədər, istənilən nəticəni almaq mümkün olmaz.


Bəzən dərman preparatları ilə müalicə zamanı orqanlarda müəyyən problemlər yaranır, yəni bir orqanı müalicə edərkən qəbul edilən dərmanlar başqa bir orqana əks təsir göstərir. Aparatlarla müalicə zamanı bu ehtimallar sıfra enir, xəstədə heç bir fəsad yaratmadan hər şey uğurla sona çatır.

“Laçın” tibb mərkəzi fəaliyyətə başladığı qısa müddətdə böyük uğurlar əldə edib. Məhz əldə olunan nəticələrə görə mərkəz Amerika Birləşmiş Ştatlarının Androloqlar İttifaqının filialı kimi qəbul edilir. Bu yaxınlarda mərkəzin baş həkimi terapevt-androloq Behnam Kazemi Cənubi Qafqaz dövlətləri arasında ilk dəfə həmin ittifaqın həqiqi üzvü seçilmişdir. O, əslən Təbrizlidir, Amerika-Kanada təhsilli mətəxəssisdir, uzun müddət xarici klinikalarda təcrübə keçib, müxtəlif sertifikatlar alıb. Məsələn, Fransada endokrinologiya, ABŞ-da daxili xəstəliklər üzrə sertifikatlara layiq görülüb. Amerika Androloqlar İttifaqının dəfələrlə sertifikatını alıb. Hazırda sonsuzluğun etimiologiyası üzrə elmi iş üzərində çalışır.
Sonsuzluq müasir dövrümüzün bəlalarından biridir.

Dünyanın hər yerində cinsi zəiflik və sonsuzluq bir problemə çevrilib. Bu problemin yaranma səbəbləri müxtəlifdir. Sonsuzluq genetik faktorlarla bağlı ola bilər. Dünya tibb elmi bu istiqamətdə hələ tam, qəti qənaətə gələ bilməyib. Əsasən isə infeksiyalarla bağlıdır. Orqanizm infeksiyaya yoluxduqda immunitet zəifləyir, əsəb sistemi pozulur, digər orqanların fəaliyyətində problem yaranır, nəticədə sonsuzluğa səbəb olur. İlk növbədə həmin infeksiyaların törətdiyi fəsadlar aradan qaldırılmalıdır.

Terapevtik xəstəliklər də xoşbəxt cütlüklərin dağılmasına gətirib çıxaran sonsuzluğun yaranma ehtimalını artırır. İstənilən xəstəlik qarşısı alınmadıqda, sonadək müalicə olunmadıqda onun yaratdığı fəsadlar cinsi zəiflik və sonsuzluq riskini artırır. Klinikada mövcud olan 12 androloji aparat məhz düzgün diaqnoz qoyub müalicə aparmağa xidmət edir. Xaricdən gətirilmiş və xarici mütəxəssislər tərəfindən quraşdırılmış bu aparatları işlədənlər isə yerli həkimlərdir. Məhz həmin aparatların köməyi ilə hüceyrə səviyyəsində diaqnostika aparılır, infeksiyaların mənbəyinə nüfuz edilir. Diaqnoz qoyulduqdan sonra aparatların köməyi ilə 20-21 seans ərzində müalicə aparılır.


Göstərilən tibbi xidmətlər:
Ambulator, Kliniki, Fizioterapiya, Fizioterapevtik, Klinik-biokimyəvi, Klinik, Laboratoriya, Terapiya, Terapevtik
Ünvan: Bakı şəhəri, Binəqədi r-nu, 7-ci MKR S.S Axundov 5/34
Kontakt məlumatlar:
Telefon: (+99412) 562-10-52/54 , Mobil : (378/300)43-29
Veb ünvan: http://www.lacinmed.az
e-poçt: [email protected]