BolgeXeber.Com » Gündəm » “Soruşaram ki, qeyrətin var?”- Rəşad Kəsəmənli

“Soruşaram ki, qeyrətin var?”- Rəşad Kəsəmənli

24-04-2014, 04:35
Oxunub: 3 148 Bəs biz orada olmamışıqsa, sənədlərin içində necə bizim izahatımız var?

Mərhum şair Nüsrət Kəsəmənlinin oğlu Rəşad Kəsəmənli qardaşı Araz Kəsəmənlinin həbsi ilə bağlı sensasiyalı açıqlama verib.

Bolgexeber.com-a açıqlamasında Rəşad Kəsəmənli qardaşının haqsız yerə həbs olunduğunu bildirib:

“Bütün faktlar əlimizdədir. Dostum, qardaşım Araz və məni toya getdiyimiz yerdə maşını saxladıb özlərini təqdim etmədən Arazı apardılar. Narkotikdən qardaşımın əl izi çıxmayıb, ömründə narkotikdan istifadə etməyib. Ekpertizanın rəyi var, Arazın qanı yoxlanılıb və narkotikdən istifadə etmədiyi təsdiqlənib. Nə ondan mal alan var, nə onun mal satdığı var. Ortada sübut yoxdur. Lakin Arazı “Külli miqdarda narkotika vasitəsini mənimsəmək” maddəsi ilə mühakimə edirlər”.

Rəşad Kəsəmənli qardaşına prokurorun 10 il iş istəməsinə də münasibət bildirib:

“Hakim əməliyyatın rəisindən soruşur ki, bunu narkotika alan və satan yerdə görmüsən, narkotikada əl izi var? İttihamçı cavab verir ki, görməmişəm. Axır hakim əsəbləşdi ki, bəs nə əsasla onu ittiham edirsiniz. Belə haqsızlıq olmaz. Əməliyyatın rəisi yalandan deyir ki, Araz həbs ediləndə maşında tək olub. Əməliyyat qrupunda olan digər üç nəfər deyir ki, maşında üç nəfər olublar. Bəs biz orada olmamışıqsa, sənədlərin içində necə bizim izahatımız var? Qardaşımı kimin həbs etdirmək istədiyini bilmirik, heç nədən xəbərimiz yoxdur. Bilsək, gedib tutub soruşaram ki, qeyrətin, evində anan, bacın, balan var? Adam belə haqsızlıq etməz. Xahiş edirəm, media nümayəndələri məhkəməyə gəlsin, sübutlara baxsınlar. Görəcəklər ki, hər şey bizim lehimizədir. Məhkəmə prosesi aprelin 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində saat 12:30-da baş tutacaq”.

Qeyd edək ki, Araz Kəsəmənli Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma, daşıma, göndərmə) maddəsinə əsasən ittiham olunur.