BolgeXeber.Com » Gündəm » “PAŞA Həyat Sığorta” ASC sığortaladığı 2-ci qrup əlilin pulunu vermir

“PAŞA Həyat Sığorta” ASC sığortaladığı 2-ci qrup əlilin pulunu vermir

24-04-2014, 05:15
Oxunub: 8 068 “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti öz nüfuzlu adına ləkə gətirərək belə hərəkətlərə yol verməməsini istərdim"

Bolgexeber.com-un elektron poçtuna məcburi köçkün, hal-hazırda müvəqqəti Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Rüfət Abdullayev küçəsi ev 2, mənzil 5 ünvanında yaşayan 2-ci qrup əlil ehtiyyatda olan mayor Novruzov Rövşən Rafayıl oğlu tərəfindən şikayət məktubu daxil olmuşdur. Dövlət rəsmilərinə də ünvanlanmış məktubu olduğu kimi təqdim edirik:
"“PAŞA Həyat Sığorta” ASC-də sığortalı olmağıma baxmayaraq, 2-ci qrup əlil olduqdan sonra sığorta ödənişi etməkdən imtina etməsi barədə bütün dövlət orqanlarına təkrar müraciət 24.04.2014."

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı.
Cənab İlham Əliyevə.
SÜRƏTİ :
Azərbaycan Respublikasının Baş Naziri.
Cənab Artur Rasi-zadəyə.

Azərbaycan Respublikasının Milli Məclisin Sədri.
Cənab Oktay Əsədova.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Naziri.
Cənab Səlim Müslümova.

Azərbaycan Respublikasının Maliyyə Naziri.
Cənab Samir Şərifova.

Azərbaycan Respublikası Mərkəzi Bankının Sədri.
Cənab Elman Rüstəmova.

Azərbaycan Respublikası İpoteka Fondunun İcraçı Direktoru.
Cənab Fəxri Kazımova.

Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi.
Cənab Namiq Xəlilova.

“Azəriqazbank” ASC-nin İdarə Heyətinin Sədri.
Cənab Azər Mövsümova.

“PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri.
Cənab Mürsəl Rüstəmova.

Laçın rayon Pircahan kəndindən məcburi köçkün, hal-hazırda müvəqqəti Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Rüfət Abdullayev küçəsi ev 2, mənzil 5 ünvanında yaşayan 2-ci qrup əlil ehtiyyatda olan mayor Novruzov Rövşən Rafayıl oğlu tərəfindən


Ə r i z ə

Hörmətli Cənab Prezident!

Məlumat üçün Sizə bildirmək istəyirəm ki, dəfələrlə müraciət etməyimə baxmayaraq hələ də müraciətlərim cavabsız qalmaqdadır, əmək qabiliyyətimi itirib, 2-ci qrup əlil olduqda nədənsə bəzi sığorta orqanları tərəfindən mənə biganə yanaşılır, əlilə xoşagəlməz münasibət bəslənilir, niyə bəzi orqanlar istəyirlər ki, Yevlaxda, Bərdədə və digər yerlərdə incidilən günahsız əlilər, sonda qayğısız, çarəsiz və məcbur qalıb, şikayətləri eşidilmədikdə, yaşamaq hüququnun pozulması məcbur edilir, məndə sonda bunlar kimi etməliyəm ki, müraciətim qəbul edilsin, əmək qabiliyyətimi itirəndən sonra cəmiyyətə biz əlilər lazım deyilikmi, sonda bildirmək istəyirəm ki, biz əlillərin müdafiəçisi Ali Baş Komandanımız, Maliyyə və Əhalinin Sosial Müdafiə Nazirimiz var, onlar bizə daima dayaq olub və olacaqlarda, mən ehtiyyatda olan mayor Novruzov Rövşən Rafayıl oğlu 20 may 1979-cu ildə Laçın rayon Pircahan kəndində anadan olmuşam, azərbaycanlıyam, 1992-ci ildə yağı düşmənlərimizin edikləri vəhşiliklər nəticəsində doğma torpaqlarımız olan Laçın rayonundan məcburi köçkün düşdük və mən hərbiçi olaraq yağı düşmənlərimizdən qisas almağı qərara gəldim.
1993-cü ildə Cəmşid Naxçıvanski adına hərbi litseyə daxil olmuş, 1996-ci ildə oranı bitirdikdən sonra həmin ildə Bakı Ali Birləşmiş Komandanlıq məktəbinə daxil olmuş, 2000-ci ildə həmin məktəbi Taktiki Qoşun Kəşfiyyatı Komandiri ixtisası üzrə tam kurs bitirmiş, dövlət imtahanı komissiyasının qərarı ilə zirehli tank və avtomobil texnikasının istismarı üzrə mühəndis ixtisasını bitirmişəm.
Məktəbi bitirdikdə mənə “leytenant” hərbi rütbəsi verilmiş və Müdafiə Nazirinin əmrinə əsasən xidmətimi davam etdirmək üçün N saylı hərbi hissəyə göndərilmişəm.
Mən 27.07.1996-cı ildən 21.08.2013-cü ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşam. Xidmət müddətində Müdafiə Nazirliyinin tərkibində olan N saylı hərbi hissələrdə mayor rütbəsində zabit kimi müxtəlif vəzifələrdə xidmət etmişəm.
2004-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001) yubley medalı ilə təltif olunmuşam.
2008-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illik yubley medalı ilə təltif olunmuşam.
2011-ci ildə 3-cü dərəcəli qüsursuz xidmətlərə görə medalı ilə təltif olunmuşam.
Qeyd etmək istəyirəm ki, xidmətimin axrncı 8 ilini düşmənlə təmas şəraitində olan Qazax rayon Daşsalahlı, Kəmərli, Aslanbəyli, Qaymaqlı, Abbasbəyli, Fərəhli, Məzəm, Quşçuayrım, Cəfərli, Qızılhacılı kəndlərinin ərazilərində keçirmişəm, 21.08.2013-cü il tarixdə Müdafiə Nazirinin əmri ilə təxris olmuşam.
Hal hazırda 2-ci qrup əliləm, ehtiyyatda olan zabitəm, 18 təqvim ili xidmət etmişəm.
Xidmət müddətində güzəştli şərtlərlə Azəriqazbankdan ipoteka götürərək, Suraxanı rayon Hövsan qəsəbəsində ev almışam, bu günə qədər bank və sığorta xərclərin vatlı-vaxtında ödəmişəm, hal-hazırda 2-ci qrup əliləm, işsizlik qabiliyətindəyəm, ipoteka kreditin ödəyə bilmirəm, eyni zamanda “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətində sığortalanmışam, mənim bu vəziyyətimdə sığorta ödəmək istəmirlər, Hörmətli Prezidentimiz, Ali Baş Komandanımız, Cənab Maliyyə Nazirimiz, Azəriqazbankın Müşahidə Şurasının Sədri və İdarə Heyyətinin sədri üzümü Sizə tutub müraciət edirəm ki, bu məsələdə maraqlı bir şəxslər olmağınızla əlaqədar, mənə kömək edin.
Ehtiyyata buraxıldıqdan sonra Hərbi Kliniki Hospitalda müayinə və müalicə olunmuşam və Xəstəlik Hərbi Xidmət Döründə Alınmışdır, Hərbi Həkim Komissiyasının qərarı ilə şəhadətləndirilmişəm.
Respublika Tibbi-Sosial Ekspertiza Komissiyasının qərarı ilə 2-ci qrup əlil təyin olunmuşam.
Eyni zamanda qeyd etmək istəyirəm ki, 19.02.2014-cü ildən başlayaraq dəfələrlə “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətində müraciət etmişəm, müraciətimə müsbət cavab verən yoxdur, qeyd etmək istəyirəm ki, mən 7 il Ali Hərbi Məktəb oxumuşam, 18 il müəyən vəzifələrdə xidmət etmişəm. Azərbaycan Respublikası Prezdentinin, Milli Məclisin, Nazirlər Kabinetinin və Maliyyə Nazirinin əmrlərin, sərəncamların, qərarların və fərmanların hələdə bəzi orqanlar tərəfindən icra edilməyərək qalmaqdadır.
Nəzərinizə çatdırmaq istəyirəm ki, mən sıgorta haqqlnda qanunu tam səkildə oxumuşam, yaxşı qanunun tələblərin başa düşürəm, “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti öz nüfuzlu adına ləkə gətirərək belə hərəkətlərə yol verməməsini istərdim, hətta məni rəhbərliklə görüşdürməyi bildirdim, mənə dedilər ki, “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti mənim həyatımı sığortalayaraq, ödəniş tələb edir, sonda isə mən hərbi xidmətlərə görə 2-ci qrup əlil olanda, müqavilə şərtlərini kobudcasına pozaraq, ödəniş etməkdən imtina edirlər, hər dəfə başqa-başqa sənədləri tələb edirlər. Bu kimi ədalətsizliyi, haqsızlığı görüb, Sizlərə üzümü tuturam və müraciət edirəm ki, “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti 2-ci qrup əlilin hüquqlarımı pozmasın, Azərbaycan Respublikası Prezidentinin Sığorta haqqında qanununa riayət etməklə, müqavilə şərtlərinə əməl etsin, əks halda məhkəməyə müraciət edəcəm.

Azərbaycan Respublikasının Prezidentinin 25 dekabr 2007-ci il tarixli 519 nömrəli
“Sığorta fəaliyyəti haqqında” qanunu

Maddə 14. Həyat və qeyri-həyat sıgortası, onlara aid olan sıgorta sinifləri.
14.1. Sıgortaçılar həyat sıgortası və ya qeyri-həyat sıgortası (ümumi sıgorta) sahələrindən yalnız biri üzrə fəaliyyət göstərə bilərlər.
14.2. Həyat sıgortası sıgorta obyektinə görə səxsi sıgortaya aid olan asagıdakı sıgorta siniflərini özündə birləşdirir:
14.2.1. sıgortalı və ya sıgorta olunan öldükdə sıgorta ödənisinin həyata keçirilməsini nəzərdə tutan həyatın ölüm halından sıgortası;
14.2.2. sıgorta müqaviləsinin qüvvədə oldugu müddətdə sıgorta olunanın öldüyü, yaxud sıgorta müqaviləsində müəyyən edilmiş yasa, müddətə qədər yasadıgı halda sıgorta ödənisinin həyata keçirilməsini nəzərdə tutan həyatın yasam sıgortası;
14.2.3. sıgorta olunanın müəyyən yasa çatması, yası, əlilliyi, 18 yasınadək saglamlıq imkanlarının məhdudlugu və ya xəstəliyi ilə əlaqədarəmək qabiliyyətini itirməsi, ailə basçısını itirməsi, issiz qalması və şəxsi gəlirlərinin azalmasına, yaxud itirilməsinə səbəb olan digər hallarda pensiya, yaxud renta şəklində dövri sıgorta ödənisinin həyata keçirilməsini nəzərdə tutan annuitet sıgortası;
14.2.4. sıgorta olunanın xəstəlik və ya bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini tam və ya qismən itirdiyi halda, onun itirilmiş gəlirininəvəzini ödəmək məqsədilə sıgorta ödənişlərinin həyata keçirilməsini nəzərdə tutan əmək qabiliyyətinin itirilməsi hallarından sıgorta;
14.2.5. sıgorta olunanın səhhətində onun həyatını təhlükə altına qoyan Xəstəlik müəyyən edildikdə sıgorta ödənislərinin həyata keçirilməsini nəzərdə tutan sagalmaz xəstəliklrdən sıgorta.
14.3. Qeyri-həyat sıgortası (ümumi sıgorta) özündə asagıdakı sıgorta siniflərini birləşdirir:
14.3.1. sıgorta obyektinə görə şəxsi sıgortaya aid olan siniflər:
14.3.1.1. sıgorta olunan bədbəxt hadisə, yaxud xəstəlik nəticəsində öldükdə, ümumi hallarla, yaxud peçəsi ilə baglı əmək qabiliyyətini tam və ya qismən itirdikdə, yaxud saglamlıgına basqa cür xəsarət dəydikdə, müqavilədə müəyyən edilən məbləgdə, həmçinin sıgorta olunanın əlavəxərclərinin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sıgorta ödənisinin həyata keçirilməsini nəzərdə tutan fərdi qəza və xəstəliksıgortası;
14.3.4. Sıgorta obyektinə görə əmlak sıgortasına aid olan kredit sıgortası üzrə asagıdakı siniflər:
14.3.4.1. müflis olması və ya ölməsi, həmçinin öz öhdəliklərini digər səbəblərdən yerinə yetirə bilməməsi ilə əlaqədar kredit verilmis şəxsin krediti qaytarmaması nəticəsində kreditorun əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödnilməsi üçün sıgorta ödənisinin həyata keçirilməsini nəzərdə tutan kreditlərin sıgortası;
14.3.4.2. ipoteka qoyulan əmlakın bazar qiymətinin düşməsi ilə əlaqədar ipoteka müqaviləsi üzrə borclunun həmin müqavilə ilə müəyyən edilmiş öhdəliklərini yerinə yetirə bilməməsi nəticəsində kreditorun əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi üçün sıgorta ödənisinin həyata keçirilməsini nəzərdə tutan ipoteka sıgortası;
14.3.4.3. bu Qanunun 14.3.4.1-14.3.4.2-ci maddələrində göstərilməyən, sıgorta obyektinə görə əmlak sıgortasına aid olan kreditlərin sıgortası üzrə digər siniflər.
14.3.5. Sıgorta obyektinə görə əmlak sıgortasına aid olan qarısıq maliyyə risklərinin sıgortası üzrə asagıdakı siniflər:
14.3.5.1. əmlakın bazar qiymətinin düsməsi halında ondan istifadə ilə əlaqədar sıgortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam vəya qismən ödənilməsi üçün sıgorta ödənisinin həyata keçirilməsini nəzərdə tutan bazaar dəyərinin düsməsi riskindən sıgorta;
14.3.5.2. sıgortalının kommersiya fəaliyyətində sıgorta hadisəsi nəticəsində bas verən fasilə ilə əlaqədar, onun əmlak mənafelərinə əldən çıxan fayda və əlavə xərclərlə baglı dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi üçün sıgorta ödənisinin həyata keçirilməsini nəzərdə tutanisin dayanması ilə baglı risklərdən sıgorta.


Azərbaycan Respublikasının Prezidentinin 25 dekabr 2007-ci il tarixli 519 nömrəli
“Sığorta fəaliyyəti haqqında” qanunu əsasən
“PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətində

Həyatın Müddətli Sığortası haqqında
Müqavilənin qüvvədə olduğu müddətdə Sığorta olunanın ölüm və digər əlavə risklərdən sığortasıdır.
Sığorta təminatı
Ölüm:
Sığorta olunanın vəfat etməsi nətiscəsində sığorta olunana müqavilədə nəzərdə tutulan məbləğin ödənilməsidir.
Digər risklər:
Bədbəxt hadisə nəticəsində ölüm Sığorta olunan bədbəxt hadisə nəticəsində vəfat etməsi nəticəsində müqavilədə nəzərdə tutlan sığorta məbləğin ödəniməsi.

Bədbəxt hadisə nədir?
Bədbəxt hadisə kənar fiziki təsirlə əlaqədar olan və Sığorta olunanın həyatı və sağlamlığına zərər vuran qəfil, gözlənilməz və təsadüfi hadisədir.

Hər hansı səbəbdən ümumi əmək qabiliyyətinin daimi və tam itirilməsi Bədbəxt hadisə və ya xəstəliklər nəticəsində ümumi əmək qabiliyyətinin daimi və tam itirilməsi halında sığorta ödənişi verilir. Bədbəxt hadisə və ya kəskin xəstəlik nəticəsində ümumi əmək qabiliyyətinin daimi və tam itirilməsi sığorta olunanın hər hansı bir əmək fəaliyyətlə məşğul olmaq qabiliyyətinin tam və daimi itirilməsidir və əlillik dərəcələri təyin olunmaqla sığorta ödənişləri aşağıda qeyd olunmuş qaydada müəyyən edilir:

I Qrup əllilk üzrə - sığorta məbləğinin 100 % həcmində
II Qrup əllilk üzrə - sığorta məbləğinin 80 % həcmində
III qrup əllik üzrə - sığorta məbləğinin 60% həcmində

Bədbəxt hadisə nəticəsində əmək qabiliyyətinin müvəqqəti tam itirilməsi Əmək qabiliyyətinin müvəqqəti tam itirilməsi zamanı 15-ci gündən başlayaraq sığorta olunmuş şəхsə gündəlik kompensasiya məbləği onun gündəlik əmək haqqının 70%-i həcmində ödənilir.

Sığorta müqaviləsində nəzərdə tutulan sağalmaz xəstəliklər:
Həyat üçün təhlükəli sayılan xərçəng xəstəliyi;
Miokard infarktı;
Beyin qan dövranının kəskin pozğunluğu (insult);
Kəskin böyrək çatışmazlığı (davamlı hemodializa ehtiyacı olan);
Aorto-koronar şuntlama əməliyyatının keçirilməsini tələb edən xəstəliklər;

Həyat üçün vacib orqanların köçürülməsinə ehtiyacı olan xəstəliklər və s.
İstisnalar:
Sığorta olunan özünün intihar etməsi;
Hərbi əməliyyatlar, vətəndaş qarşıdurmaları, hərbi çevrişlərdə iştirak;
Sığortalının və ya faydagötürənlərin sığorta hadisəsinin baş verməsinə yönəlmiş qəsdən hərəkəti;
Sığorta olunanın alkoqollu, narkotik və ya toksik sərxoşluğu, o cümlədən belə sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsi;
Baş vermə səbəbindən asılı olmayaraq yaranan psixi pozuntular;
Zöhrəvi xəstəliklər, qazanılmış immun çatışmazlığı sindromu (QİÇS) və immun çatışmazlığı virusu (İÇV) ilə əlaqədar meydana gələn bütün xəstəliklər;

Hörmətli Cənab Prezident!

Sizdən xahiş edirəm ki, “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinə bütün tələb edilən sənətləri təqdim etdiyim üçün qanuna müvafiq olaraq sığortalandıqdan sonra 2-ci qrup əlil olduğum və “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətində sığortalandığım üçün mənə Azərbaycan Respublikasının Prezidentinin 25 dekabr 2007-ci il tarixli 19 nömrəli “Sığorta fəaliyyəti haqqında” qanuna müvafiq olaraq sığorta ödənilməsinə göstəriş verəsiniz.

Hal -hazırda 2-ci qrup əliləm, cərahiyyə olunmağa ehtiyacım var, işləmirəm, ailəliyəm, iki azyaşlı uşağım var, himayəmdə müharibə və əmək veteranı, təqaüdçü atam, anam var.
Hörmətli Prezident, Cənab dövlətimizin vəzifəli şəxsləri Yuxarıda qeyd ediklərimi tam şəkildə nəzərə alıb, mənə kömək edəcəyinizə inanıram.

Sonda qeyd etmək istəyirəm ki, mənə sığorta ödənişində problem yaradan şəxslər əgər düşmənlə təmas şəraitində olan Qazax rayon Daşsalahlı, Kəmərli, Aslanbəyli, Qaymaqlı, Abbasbəyli, Fərəhli, Məzəm, Quşçuayrım, Cəfərli, Qızılhacılı kəndlərinin və digər düşmənlə təmas ərazilərdə keçirsəidilər mənə problem yaratmazdırlar, bizim sayəmizdə mərkəzdə kobinetdə oturub kef edən şəxslərə indi mənim bu ağır günümdə məni incidirlər. Axı mən bu xəstəliyi Azərbaycan Respublikasının ərazi bütövlüyü zamanı vəzifələrimi yerinə yetirərkən qazanmışam, mərkəzdə bəziləri kimi kobinetdə oturaraq yox.


24.04.2014-cü il. İmza: Rövşən Novruzov
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq
Bolgexeber.com