BolgeXeber.Com » Gündəm » AVP-nin nümayəndəsi gənc siyasətçilərin forumunda iştirak edib

AVP-nin nümayəndəsi gənc siyasətçilərin forumunda iştirak edib

24-04-2014, 09:15
Oxunub: 2 953 AVP hesab edir ki, işğal olunmuş Azərbaycan torpaqları azad edilməyincə Azərbaycan və Ermənistan gənclərinin yaxınlaşması mümkün deyi

Niderland Çoxpartiyalı Demokratiya İnstitutunun (NİMD) 29-30 iyul 2013-cü il tarixdə keçirilən Cənubi Qafqazın gənc siyasətçilərinin forumuna bir çox partiyalar kimi Ana Vətən Partiyasının da nümayəndəsi dəvət olunmuş və müzakirə olunan məsələlər ətrafında fəal iştirak etmişdir. Forumda Azərbaycandan olan gənc siyasətçilərin Azərbaycan torpaqlarının işğalı ilə bağlı öz kəskin münasibətilərini bildirmələrinə baxmayaraq Ermənistanı təmsil edən gənc siyasətçilər mənsub olduqları dövlətin işğalçılıq siyasətinə haqq qazandırmağa cəhd etmişdirlər.
AVP hesab edir ki, işğal olunmuş Azərbaycan torpaqları azad edilməyincə Azərbaycan və Ermənistan gənclərinin yaxınlaşması mümkün deyil. Ona görə də AVP NİMD-nin eyni formatda təşkil etdiyi 26-27 aprel 2014-cü il tarixli növbəti forumunda iştirak etməyi doğru hesab etmir və forumda iştirak etməkdən imtina edir. Bununla belə Ana Vətən Partiyası bildirir ki, Niderland Çoxpartiyalı Demokratiya İnstitutunun başqa formatda təşkil olunacaq tədbirlərində iştirak etməyə hazırdır.
Bolgexeber.com