BolgeXeber.Com » Gündəm » Xocavəndin icra başçısı daha "gəlirli" rayon arzulayır

Xocavəndin icra başçısı daha "gəlirli" rayon arzulayır

25-04-2014, 07:25
Oxunub: 3 869 Ölkəninin ən uzun ömürlü icra başçılarından biri olan Eyvaz Hüseynov artıq daha böyük və daha gəlirli rayonların birinin başçısı olmaq istəyir

20 ildən artıqdır Xocavənd rayonuna başçılıq edən Eyvaz Hüseynov ermənilərlə təmas xəttində olan və yarıdan çox işğal altında qalan bu kiçik rayonu artıq bəyənmir. Eyvaz Hüseynov daha böyük və daha gəlirli rayonlardan birinə təyinat almaq istəyir və bu barədə artıq bir neçə aydır ki, danışıqlar apardığı bildirilir.

Bu barədə pia.az-a daxil olan məlumatda bildirilir ki, Naxçıan Ali Məclisinin sədri Vasif Talıbovla kirvə olan Eyvaz Hüseynov bütün əlaqələrini işə salaraq iri Aran rayonlarından birinə başçı gəlmək istəyir. Xocavəndin icra başçısının xəyalından bir neçə rayon keçir və onlardan biridə ölkəninin ən böyük rayonlarından biri olan Kürdəmir rayonu olub. Lakin artıq yaşlanmış İrşad Əliyevi Tərtərin icra başçısı əvəz etdiyinə görə Eyvaz Hüseynov yeni versiyalar üzərində çalışmağa başlayıb.

Eyni zamanda daxil olan məlumatda bildirilir ki, yeni rayona təyinat almaq istəyən Eyvaz Hüseynov Xocavənddə böyük yığıma start verib. İcra başçısının rayonda fəaliyyət göstərən bütün idarə və müəssisə rəhbərlərinin boynuna müəyyən məbləğ qoyduğu bildirilir.

İcra başçısı Eyvaz Hüseynov yaxın qohumu olan rayonun Mənzil Komunnal Təəsrrüfat Birliyinin sədri Elxan Məmmədovun, Mədəniyyət və turizm şöbəsinin müdiri Ramiz Balakişiyevin və rayon Maliyyə İdarəsinin müdiri Fəyyaz Azadovun əli ilə hər il külli miqdarda dövlət vəsaitini mənimsəyir. Belə ki, məlumata əsasən hər il Xocavən Mənzil Kommunal Təsərrüfat Birliyinə 200 min manata yaxın vəsait ayrılır. Həmin vəsaitlər isə təəsrrüfat mallarının alınmasına, abadlıq, yaşıllaşdırma və sair işlərin görülməsi adı altında sənədləşdirilərək mənimsənilir.

Elxan Məmmədovun rəhbərlik etdiyi Mənzil Komunnal Təəsrrüfat Birliyinə ayrılan vəsaitlərdə rayon Maliyyə İdarəsinin müdiri Fəyyaz Azadovunda öz payı var. Mənbəmiz qeyd edir ki, Fəyyaz Azadov rayondakı büdcə idarələrinə ayırdığı vəsaitin 15% ni əvvəlcədən nəqd şəkildə alır və həmin vəsaiti icra başçısı Eyvaz Hüseynovla bölüşür.

Daxil olan məlumatda göstərilir ki, Eyvaz Hüseynovun və Fəyyaz Azadovun yağlı tikələrindən biri də rayon Mədəniyyət və Turizm şöbəsidir. Ramiz Balakişiyevin rəhbərlik etdiyi bu qurum əslində formal olaraq fəaliyyət göstərir.

Qeyd edək ki, Xocavənd Mədəniyyət və Turizm şöbəsinin balansında 7 mədəniyyət evi, 13 klub, 13 kitabxana və 2 musiqi məktəbi fəaliyyət göstərir. Məlumat verən mənbə bildirir ki, 7 mədəniyyət evindən yalnız 3 mədəniyyət evi ( rayon Mədəniyyət evi, Tuğ kən Mədənəniyyət evi, Xocavənd kənd mədəniyyət evi) fəaliyyət göstərir. Yerdə qalan Muğanlı, Qaradağlı, Kurapatkin kənd mədəniyyət evləri formal olaraq sənədlərdə fəaliyyət gösətrir. Belə ki, həmin mədəniyyət evlərinin binası, rəhbərliyi olsada işçilərin əksəriyyəti Ramiz Balakişiyevin «ölu can»larıdır.

Bundan başqa Muğanlı, 1, 2 , 3 saylı Əmirallar, Salakətin, Haxullu, Günəşli, Köçbək, Xətai kənd klublarınında yalnız adları və rəhbərləri var. Şöbə müdiri 1 saylı Kurapatkin, 1, 2 saylı Qaradağlı, 1,2 saylı Muğanlı, 1,2 saylı Əmirallar, Günəşli və köçbək kənd kitabxanalarında güya çalışan işçilərin əmək haqqılarını mənimsəyir.

Mənbə bildirir ki, Eyvaz Hüseynov və Fəyyaz Azadov cütlüyü hər il rayonun daxili büdcəsindən Ramiz Balakişiyevin idarəsinə 100 min manatdan çox vəsait ayırırlar və həmin vəsaitlər yuxarıda qeyd etdiyimiz kimi, adı olub özü olmayan mədəniyyət evlərinin, klubların, kitabxanaların cari təmirinə, inventarlarına və digər avadanlıqların alınması adı ilə sənədləşdirilərək silinir.

Yazıda adı keçən şəxslərin və qurumların mövqyeini dərc etməyə hazırıq…