BolgeXeber.Com » Gündəm » ASC-nin sədri atasının «Aşıq Şəmşir» təşkilatına niyə pul köçürüb? - İDDİA

ASC-nin sədri atasının «Aşıq Şəmşir» təşkilatına niyə pul köçürüb? - İDDİA

28-04-2014, 10:30
Oxunub: 3 672 "Azəryolservis» ASC-nin idarələri və rayon Yol İstismar İdarələri ildə iki dəfə «Aşıq Şəmşir» Mədəniyyət Ocağı İctimai Birliyin hesabına maliyyə vəsaiti göçürülür

Bu barədə tapşırığın isə bir başa «Azəryolservis» ASC sədri Cavid Qurbanov tərəfindən verildiyi bildirilir.

Bu barədə daxil olan məlumatda bildirilir ki, ildə iki dəfə Yol İstimar idarələri və «Azəryolservis» ASC-nin şöbələri Cavid Qurbanovun tapşırığına əsasən «Aşıq Şəmşir» Mədəniyyət Ocağı İctimai Birliyin hesabına maliyyə vəsaiti göçürürlər. Bu köçürmə əməliyyatının vacib olduğu və bundan imtina edən idarə müdirinin qara siyahıya alındığı və tezliklə işdən azad olunduğu bildirilir.

Ona görə də təlimata qarşı çıxmağı heç bir idarə müdiri fikrindən belə keçirmir. İctimai Birliyə böyük miqdarda pul vəsaiti köçürən idarələrdən biri isə 71 saylı Yol İstismar İdarəsi olduğu qeyd olunur. Həmin İdarənin müdiri Xəqani Kazımov Cavid Qurbanovun ən yaxın adamlarından biri kimi tanınır.

«Aşıq Şəmşir» Mədəniyyət Ocağı İctimai Birliyinin hesabına köçürülən toplam vəsaitin hər il yarım milyona yaxın olduğu qeyd olunur. «Aşıq Şəmşir» Mədəniyyət Ocağı İctimai Birliyində bu vəsaitlərin hara sərf olunuduğunu isə heç kim bilmir.

Qeyd edək ki, «Aşıq Şəmşir» Mədəniyyət Ocağı İctimai Birliyinə Aşıq Şəmşirin oğlu, Azərbaycan Yazıçılar Birliynin üzvü, «Azəryolservis» ASC-nin sədri, millət vəkili Cavid Qurbanovun atası Qənbər Qurbanov rəhbərlik edir.
pia.az