BolgeXeber.Com » Gündəm » AST Telman yarım milyard itirdi

AST Telman yarım milyard itirdi

28-04-2014, 12:50
Oxunub: 3 920 Azərbaycan əsilli milyonçu Telman İsmayılov öz varidatının bir hissəsini itirib

Bu barədə İsrail mətbuatı yazıb. Məlumata görə, AST Şirkətlər Qrupunun payının 25 faizini o, bacısı oğlu Zaur Mərdanova satıb. AST Qrupdan faktı təsdiqləsələr də, əlavə şərh verməyiblər.

AST Şirkətlər Qrupunun səhmləri 2 milyard dəyərləndirilir. Zaur Mərdanovun gedişi ilə Şirkətin yarım milyard itirdiyi qeyd olunur.

Amma mətbuata sızan məlumata görə, Qrupda payı olan Zaur Mərdanovun dayısı ilə münasibətləri kəskindir. Bunun əsil səbəbləri bilinməsə də, Mərdanovun hələ ötən il öz payını götürüb şirkətdən getmək istədiyi deyilirdi.

Mərdanovun, ümumiyyətlə, Rusiya bazarından birdəfəlik getmək istədiyi və sərmayəsini xaricə daşımaq niyyətində olduğu bildirilir.