BolgeXeber.Com » Gündəm » Leyla Yunus və Arif Yunus saxlanıldı

Leyla Yunus və Arif Yunus saxlanıldı

29-04-2014, 01:00
Oxunub: 2 631 L.Yunus mediaya açıqlamasında özünün həbs ediləcəyinə dair şübhələrini ifadə etmişdi

Tanınmış hüquq müdafiəçisi Leyla Yunus həyat yoldaşı Arif Yunus ilə birlikdə aprelin 28-də saat 23-30 radələrində Bakı hava limanında Qətərin Doha şəhərinə gedərkən saxlanılıb. Sərhədi keçərkən onlara ölkəni tərk etmələrinin qadağan olduğunu bildiriblər. Amma Leyla və Arif Yunusu müşayiət edən Qərb diplomatları – Fransa səfiri və Amerika səfirinin müavini prezident administrasiyasının müavini Novruz Məmmədovla danışdıqdan sonra, onları sərhəddən buraxıblar. Daha sonra Leyla Yunus və əri təyyarəyə minərkən yenidən saxlanılıblar. /Turan/ Xatırladaq ki, tanınmış jurnalist Rauf Mirqədirovun həbsindən sonra Ermənistanla əlaqələrdə Leyla və Arif Yunusların da adı keçirdi və L.Yunus mediaya açıqlamasında özünün həbs ediləcəyinə dair şübhələrini ifadə etmişdi.