BolgeXeber.Com » Gündəm » Saatlıda nişanlanmaq istəməyən 18 yaşlı qız intihar etdi

Saatlıda nişanlanmaq istəməyən 18 yaşlı qız intihar etdi

29-04-2014, 01:25
Oxunub: 2 743 Saatlı rayon sakini özünü asaraq intihar edib

Bu barədə apa-ya Saatlı rayon polis şöbəsindən verilən məlumata görə, Saatlı rayonunun Mustafabəyli kənd sakini, 1996-cı il təvəllüdlü Şəmmədova Rəmziyyə Əlibala qızı aprelin 28-də, səhər saatlarında yaşadığı həyətdə ağacdan asılmış vəziyyətdə qohumları tərəfindən aşkar edilib.

İntiharın səbəbi istintaq tərəfindən araşdırılır. Kənd sakinlərindən birinin bildirdiyinə görə, Rəmziyyə Şəmmədovanı sevmədiyi oğlanla nişanlanmaq istəyiblər. Elə bu səbəbdən də onun özünü asaraq intihar etdiyi ehtmal olunur.

Faktla bağlı Saatlı rayon prokurorluğunda araşdırma aparılır.
Bolgexeber.com