BolgeXeber.Com » Gündəm » "Bəyan edirəm ki, mənim heç bir saytım və qəzetim yoxdur"-Adil əliyev

"Bəyan edirəm ki, mənim heç bir saytım və qəzetim yoxdur"-Adil əliyev

30-04-2014, 15:25
Oxunub: 4 111 "Guya Elton Məmmədovun oğlunun video görüntülərinin yayılmasında həmkarım məndən şübhələnir"

Millət vəkili Adil Əliyev həmkarı Elton Məmmədovun oğlu Aynarın yüksək sürətli avtomobil idarə etməsi ilə bağlı videogörüntülərinin mətbuatda yayılmasında onun adının hallanmasına reaksiya verib.
Deputat facebook hesabında bildirib ki, bu tip məsələlərdə onun adı artıq birinci dəfə deyil ki hallanır.

“Bu gün “Azadlıq” qəzetinin yaydığı bir məlumat məni bu statusu yazmağa vadar etdi. Guya Elton Məmmədovun oğlunun video görüntülərinin yayılmasında həmkarım məndən şübhələnir. Əvvəllər də bu kimi məsələlərdə bəzi tanıdığım insanlar məndən şüphələnirdilər. Hesab edirdilər ki, əgər bəzi saytlar onlar barəsində nə isə yazıblarsa, deməli günahkar Adil Əliyevdir.

Əvvəla bəyan edirəm ki, mənim jurnalist dostlarım çoxdur və bunu normal hesab edirəm. Və bəyan edirəm ki, mənim heç bir saytım və qəzetim yoxdur. O ki qaldı hər hansı bir məlumatın ötürülməsinə, bir dəfə demişdim, yenə də deyirəm. Əgər mənim sözüm varsa, mən sözü kişi kimi adamın üzünə deyirəm, dalınca danışmıram.

Məlumat ötürmək bizlik deyil....Ağıllı oxucu hansı saytın və qəzetin kimə xidmət etdiyini gözəl bilir”.

Deputat həmçinin bildirib ki, o hazırda Bişkekdədir və oraya Kik- boks federasiyasının yığma komandasının Heydər Əliyevin xatirsəinə həsr olunmuş növbəti Azərbaycan Orta Asiyaya qarşı peşəkar turniri həyata keçirmək üçün gedib.