BolgeXeber.Com » Gündəm » Bakı Metropolitenində panika yaşandı

Bakı Metropolitenində panika yaşandı

1-05-2014, 05:15
Oxunub: 2 693 Bakı Metropolitenində sərnişinlər təxliyə olundu.

Bu gün səhər saatlarında Bakı Metropoliteninin yaşıl xətti üzrə “Həzi Aslanov” - “Dərnəgül” istiqamətində hərəkət edən qatarda nasazlıq yaranıb.


Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, bu səbəbdən sərnişinlər qatardan təxliyə olunub və nasazlıq yaranan qatar baxış üçün depoya göndərilib.

Hadisə nəticəsində “Həzi Aslanov” stansiyasından “Nərimanov” stansiyasına qədər sərnişinlərin sıxlığı yaranıb.

“Ümumi intervalda 2-2,5 dəqiqə gecikmə baş verib. Lakin bundan sonra qatarların hərəkəti bərpa olunub, qrafik üzrə hərəkət edirlər”, - deyə qurumdan bildirilib.