BolgeXeber.Com » Gündəm » “Qəhrəman jurnalist” adına layiq görülənlər

“Qəhrəman jurnalist” adına layiq görülənlər

1-05-2014, 05:50
Oxunub: 2 649 «Sərhədsiz reportyorlar» Qənimət Zahid, Xədicə İsmayıl və Məlahət Nəsibovanı ən cəsarətlilər siyahısına daxil edib

Söz azadlığını müdafiə təşkilatı olan və mənzil-qərargahı Fransada yerləşən “Sərhədsiz Reportyorlar” ilk dəfə olaraq, dünyada diktatura rejimlərinə qarşı mübarizə aparan, cəsarətli jurnalistlərin siyahısını müəyyənləşdirib. “100 informasiya qəhrəmanı” adlı siyahıda bütün dünya üzrə yüz nəfər media nümayəndəsinin adı var ki, onlardan da üçü Azərbaycandandır.
“Qəhrəman jurnalist” adına layiq görülənlər azərbaycanlılar bunlardır:

“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid;
“Azadlıq” radiosunun əməkdaşı, araşdırmaçı jurnalist Xədicə Ismayıl;
Naxçıvanda fəaliyyət göstərən jurnalist və hüquq müdafiəçisi Məlahət Nəsibova.

Qeyd edək ki, siyahıda Kamboca, Rusiya, İran, Çin, Vyetnam kimi ölkələrdə təhlükəli şəraitdə çalışan jurnalistlərin adları da yer alıb.


Bolgexeber.com