BolgeXeber.Com » Gündəm » Zərdab Peşə Liseyinin direktoru özünü «bəd nəzərdən» qoruyur

Zərdab Peşə Liseyinin direktoru özünü «bəd nəzərdən» qoruyur

1-05-2014, 07:35
Oxunub: 3 732 Onun icra başçısından büdcədən əlavə pul ayırması üçün xahişlər eitdiyinə dair məlumatlar var

Adətən əyalətlərdə fəaliyyət göstərən bir sıra peşə məktəbləri və liseylərinə rəhbərlik edənlər varlı kontingentin nümayəndələri hesab edirlirlər. Çünki onlar həm tələbələrdən, həm də büdcə vəsaitlərindən yeyərək böyük qazanc sahibi olduqları kimi görünürlər.

Amma Zərdabda bunun tamam tərsi müşahidə olunur. Çünki rayonda fəaliyyət göstərən Peşə Liseyinin direktoru özünü daha çox «acından ölən» biri kimi göstərməyə çalışır. Demokratiya.info-nun əldə etdiyi məlumata görə, liseyin direktoru kasıb olmasa da, özünü belə göstərməklə hətta «bəd nəzərdən» uzaq qala biləcəyini də düşünür.

Qeyd edək ki, ötən il bu təhsil ocağına ayrılmış pulun həcmi heç də böyük olmayıb. Üst-üstə ayrılmış 16 min manatın isə onun təlabatını ödəmədiyi deyilir. Həmin pulun bərk inventarların satın alınmasına sərf olunan qismi 4000 manat, digər maşın və avadanlıqların satın alınmasına xərclənən qismi 3000 manat, idarənin digər xərcləri maddəsi üzrə malların (işlərin və xidmətlərin) satın alınmasına 2000 manat, avadanlıqların satın alınmasına 3000 manat, cari təmir işlərinin satın alınmasına isə 4000 manat təşkil edib.

Verilən xəbərlərdə deyilir ki, liseyin direktoru keçən ilki büdcədən narazı qalmaqla yanaşı, Zərdabın icra başçısı Lütfəli Babayevin də yanına minnətçi düşüb. Onun icra başçısından bu il üçün daha böyük büdcə ayırmasını xahiş etdiyi deyilir.