BolgeXeber.Com » Gündəm » «Yakışıklı» ləqəbli deputatla bağlı şok iddia

«Yakışıklı» ləqəbli deputatla bağlı şok iddia

1-05-2014, 11:20
Oxunub: 3 398 Ceyhun Osmanlının «İrəli»dəki xanımla yaşadığı macəralar barəsində məlumatlar ortaya çıxıb

Bir müddətdir gündəmi məşğul edən «nurçu» məsələsi ilə bağlı yeni informasiyalar yayılmağa başlayıb. Xüsusən də bu prosesin əsas «qəhrəman»larından olan deputat Ceyhun Osmanlı ilə bağlı inanılmaz iddialar gündəmə gətirilməkdədir.

«İrəli» Gənclər Təşkilatının üzvlərindən biri tərəfindən göndərilən məktubda olduqca maraqlı məqamlardan bəhs olunur. Adının açıqlanmasını istəməyən mənbə bildirir ki, Ceyhun Osmanlı hələ deputat olmamışdan əvvəl, yəni «İrəli»də «kölgədə olanlardan» biri kimi tanınan zaman bəzi hrəkətləri ilə diqqəti çəkib.

«Yakışıklı» ləqəbi ilə ad çıxarmış Osmanlının həmin dönəmlərdə «İrəli»də «əməliyyat meneceri» kimi çıxış etməsi, bəzi xanımların onunla ünsiyyət qurmasına şərait yaradıb. Göndərilən məktubda deyilir ki, hazırda deputat mandatına sahib olan sözügedən şəxsin «İrəli»dəki dönəmləri xeyli eyş-işrət anları ilə zəngin olub. Belə ki, “İrəli”də olan bəzi xanımlarla onun səmimi münasibətləri və münasibətlərdən sonra həmin xanımların müxtəlif dövlət orqanlarında işlə təmin olunması ilə bağlı kifayət qədər məlumatlar var.

Məktubda o da bildirilir ki, C.Osmanlı hələ “İrəli” “şefi” olduğu vaxtlarda bir xanımla daha səmimi sevgi münasibəti yaşayıb. Gənc xanımla olan münasibətlərinə bir müddət sonra son qoyan “yakışıklı” gözləmədiyi bir hadisə ilə qarşılaşıb. Belə ki, “İrəli”nin keçirdiyi yay universitetlərinin birində spirtli içkinin təsiri altında olan həmin xanım, C.Osmanlının qaldığı otel otağının balkonunun altına gələrək, ona olan sevgisini qışqıraraq etiraf edib. O, C.Osmanlı ilə yaşadığı günlərlə bağlı hamının yanında qışqıraraq danışıb. Üstəlik, bu sevgiyə görə nələri qurban verdiyini dilə gətirib.

Mənbənin sözlərinə görə, həmin gecə baş verən hadisədən sonra C.Osmanlı “sevgilisi”nin daha çox ətrafda danışmaması üçün onu “İrəli”nin mətbuat katibi edib. Bir müddət sonra isə, “yakışıklı” həmin xanımı özündən daha da uzaqlaşdırmağa cəhd göstərib. O, yaxın dostu, Azərbaycan Gənclər Fondunun prezidenti, «Gülən camaatı» adlı təriqətə qulluq etdiyi iddia olunan Fərhad Hacıyevlə danışaraq, həmin xanımı Gənclər Fondunda vəzifəyə gətirdib.

JAM.AZ-a daxil olan məktubda iddia edilir ki, həmin xanım hazırda Gənclər Fondunda vəzifə sahibidir. Məktubda həmin xanımın adı çəkilsə də, etika xatirinə açıqlamırıq.

Bununla əlaqədar olaraq deputat Ceyhun Osmanlı ilə əlaqə yaratmaq cəhdlərimiz alınmadı. Amma onun da mövqeyini dərc etməyə hazırıq.

Məsələ ilə bağlı yeni detalları diqqətinizə çatdırmağa çalışacağıq.