BolgeXeber.Com » Gündəm » Cəlilabadda möhtəşəm qələbə günü keçrildi-FOTO

Cəlilabadda möhtəşəm qələbə günü keçrildi-FOTO

9-05-2014, 11:50
Oxunub: 3 624 "9 may qələbə günü" Cəlilabadda geniş şəkildə tədbir keçrildi

Giriş sözünü rayon icra başçısı Əziz Əzizov açaraq, ölkəmizin qəhrəman övladlarının şücaətindən danışaraq, xalqımızın bu qələbə günündə böyük pay sahibi olduğunu bildirdi.
"Böyük Vətən müharibəsi illərində (1941-1945) Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri göstərmişdir. Qısa müddətdə respublikada 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi yaradılmışdı. 1941-1945-ci illərdə Azərbaycanın 600 mindən çox igid oğlu və qızı cəbhəyə yollanmışdı. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçmişdir. Həmvətənlərimizin təqribən 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 30 nəfəri “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilmişdir. Azərbaycandan olan 170 min əsgər və zabit SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunmuşdur. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı Qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz şücaətləri ilə xalqımızın tarixinə yeni səhifələr yazmışlar" deyən rayon rəhbəri çıxışından sonra Böyük Vətən Müharibəsi iştirakçılarına eləcədə Əfqanıstan müharibəsi əlillərinə mükafatlar təqdim edib. Tədbirdən sonra rayonda qələbə günü münasibətilə vetiranlara"Tut bağı" restoranıda ziyafət verilib, möhtəşəm konsert proqramları təşkil olunub.
Bolgexeber.com